logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

TuranBank "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin mükafatına layiq görülmüşdür (TuranBank)
10 noyabr 2015

TuranBank Azərbaycan Amerika Ticarət Palatasının keçirdiyi "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin “Könüllü fəaliyyət” nominasiyasında üçüncü yerin sahibi olmuşdur. Qeyd edək ki, mükafat Bankın “Azərbaycanın regionlarında qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsi” layihəsi çərçivəsində ölkənin regionlarında keçirilmiş “Gələcəyini planlaşdır” təlimlərində aktiv iştirakı müqabilində təqdim olunmuşdur.

Ətraflı
PAŞA Bank АМFА-nın iki mükafatı ilə təltif olunub (PAŞA Bank)
06 noyabr 2015

Azərbaycan Mikromaliyyə Assosiasiyası  (AMFA) ölkənin ən iri banklarından biri olan PAŞA Bankın fəaliyyətini iki xüsusi mükafatla  dəyərləndirib.  Belə ki, AMFA PAŞA Bankı təşkilatın üzv şirkətləri arasından “İlin iştirakçısı” və “Gender bərabərliyini təbliğ edən aparıcı şirkət” adına layiq görmüşdür.

Ətraflı
Bank VTB (Azərbaycan)-ın aktivləri 2015-ci ilin 3-cü rübündə 378 mln manata çatıb (Bank VTB (Azərbaycan))
06 noyabr 2015

2015-ci ilin 3-cü rübündə bank VTB (Azərbaycan)-ın aktivləri 378 mln manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur. Öz növbəsində, 1 oktyabr 2015-ci il tarixinə bankın kredit portfeli 347 mln manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 24% artım deməkdir.

Ətraflı
PAŞA Bank dəstəyi ilə Quba və Lənkəran regionunda “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinin təqdimatı keçirilmişdir (PAŞA Bank)
21 oktyabr 2015

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə Lənkəran və Quba regionlarında  “Junior Achievement Azərbaycan” (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə həyata keçirdiyi “Davamlı Müəssisənin İnkişaf Proqramı” (DMİP) layihəsinin təqdimatı keçirilmişdir.

 

Ətraflı
Kreditin sənədləşdirilməsi daha sadə olacaq (Unibank)
19 oktyabr 2015

Unibank müştərilərinə innovativ xidmət səviyyəsini yüksəltməkdə davam edir. Unibank vətəndaşlar qarşısında əlavə sənəd tələbi qoymaq kimi ənənəvi üsullara “yox” deyərək, bu arayışların müştərilər tərəfindən "Elektron Hökumət"portalı vasitəsilə ötürülməsini təmin etməyə hazırlaşır. Unibank-la və MHM (Məlumat Hesablama Mərkəzi) arasında imzalanması nəzərdə tutulan  niyyət protokolu müştərilərə yüksək innovativ xidmətlərin göstərilməsinə xidmət edəcək. 

Ətraflı
TuranBank Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi məqsədilə responsAbility Investment AG-dən 2 milyon dollar həcmində vəsait cəlb etmişdir (TuranBank)
18 oktyabr 2015

Bank və responsAbility Investment AG arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsini (KOS) genişləndimək məqsədilə 3 il müddətinə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Kredit Bankın maliyyə mənbələrini diversifikasiya etməklə KOS üçün uzunmüddətli və ucuz maliyyələşmə imkanları yaradacaq.

Ətraflı
Azərbaycan Beynəlxalq Bankının kartlarında “3D Secure”dən istifadə asanlaşdı (IBA)
15 oktyabr 2015

Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarına sahib olan müştərilərin “3D Secure”  texnologiyasından istifadə etməsi indi daha da asan oldu. Bank ödəniş kartlarının “3D Secure” sisteminə qoşulma prosedurlarını sadələşdirib. “3D Secure” İnternetdə alış-veriş edən müştərilərin vəsaitlərini qorumaq üçün beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq olunan yüksək təhlükəsizlik texnologiyasıdır.

Ətraflı
PAŞA Bank Beynəlxalq faktorlar assosiasiyasının Azərbaycandan olan ilk üzvü seçildi (PAŞA Bank)
14 oktyabr 2015

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank ixrac-idxal əməliyyatları həyata keçirən şirkətlərə beynəlxalq faktorinq xidmətləri göstərəcək. Belə ki, Bank dünya üzrə 270-dən artıq şirkəti özündə birləşdirən ən böyük faktorinq assosiasiyalarından biri olan Beynəlxalq faktorlar assosiasiyasına (Factors Chain International) üzv olmuşdur. BFA-da iştirak Azərbaycanın faktorinq bazarının əsas iştirakçısı olan PAŞA Banka beynəlxalq faktorinq bazarına çıxma imkanı verir.

Ətraflı
UNİBANKdan ixracat yönümlü şirkətə 2.3 mln dollarlıq kredit (Unibank)
10 sentyabr 2015

Unibank  ölkə iqtisadiyyatına daim dəstək olan qabaqcıl banklardan biri olaraq, daha bir böyük biznes layihəsini reallaşdırdı. İxracat yönümlü şirkətlərə dəstək məqsədi ilə bank tərəfindən “Perа Plastik Qrup” MMC-yə 2.3 mln dollar həcmində kredit verilib. Kredit  bankın bu il açılan və  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - “Unibank- Biznes Mərkəzi” filialında ayrılıb.

 

Ətraflı
Bank VTB (Azərbaycan) hesab.az ödəniş sisteminə qoşulub (Bank VTB (Azərbaycan))
07 iyul 2015

Bank VTB (Azərbaycan) hesab.az elektron ödəniş sisteminə qoşulub. Bankın müştəriləri kredit borclarını www.hesab.azportalı vasitəsi ilə onlayn-rejimdə ödəyə biləcək. Bunun üçün portalda “Banklar, foreks və lizinq” bölməsinə keçib maliyyə təşkilatları arasında “Bank VTB (Azərbaycan)”-ı seçmək və müvafiq ödənişi etmək lazımdır. Müştəri borcunu PİN-kod, kredit və ya kartın nömrəsindən istifadə edərək qaytara bilər. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür.

 

Ətraflı
 
 

Valyuta kursları

19 yanvarKursDəyişmələr
USD:1.83110.0266
EUR:1.94830.0181
RUB:0.03080.0004
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 19 yanvar
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2017
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!
Рейтинг@Mail.ru