logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

İpoteka alınması


Şərtlər
Adi ipoteka kreditləri
Güzəştli ipoteka kreditləri
Maksimal  məbləğ
50 000 AZN 35 000 AZN
Maksimal illik faiz dərəcəsi
8% 4%
Maksimal müddət
25 il 30 il
İlkin ödəniş
20% 15%


Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

  • Kredit Azərbaycan manatı ilə verilməlidir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  • İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər;
  • Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox olmamalıdır;
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  • Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az  götürülə bilməz.
  • Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  • Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış  müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  • Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • AİF tərəfindən müəyyən olunan digər tələblər.

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
  • şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  • məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  • üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
  • elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
  • idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
  • Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

Əlavə№1

İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏQDİM OLUNMALI ƏSAS SƏNƏDLƏR

•  İPOTEKA KREDİTİNİN ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)
  4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)
  5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  6. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
  7. İpoteka predmetinin qiymətləndirmə aktı.

•  İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİ ÜÇÜN  TƏLƏB OLUNAN SƏNƏDLƏR

  1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
  3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
  4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

•  İPOTEKANIN RƏSMİLƏŞDİRİLMƏSİNDƏN SONRA TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  2. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  3. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
  4. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.

•  BORCALAN FƏRDİ SAHİBKAR OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

  BORCALAN GÜZƏŞTLİ KATEQORİYAYA AİD OLDUQDA ƏLAVƏ OLARAQ TƏQDİM OLUNMALI SƏNƏDLƏR

  1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

Qeyd:Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.

 İpotekada iştrak edən banklar:

  1.  "Bank Standard" Qapalı Səhmdar Cəmiyyəti
  2.  "Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti
  3.  “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti
  4.  "Xalq" Bankı Açıq Səhmdar Cəmiyyəti
  5.  “Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti
  6.  "AGBank" Açıq Səhmdar Cəmiyyəti
  7.  "Gəncəbank" Açıq Səhmdar Cəmiyyəti
  8.  "AtaBank" Açıq Səhmdar Cəmiyyəti
  9.  "Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti
  10.  "Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyəti
  11.  "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti
  12.  "Bank of Azerbaijan" Açıq Səhmdar Cəmiyyəti
  13.  "Zaminbank" Açıq Səhmdar Cəmiyyəti
  14.  "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti
  15.  "Muğanbank" Açıq Səhmdar Cəmiyyəti
  16.  "UniBank" Açıq Səhmdar Cəmiyyəti
  17.  "Turanbank" Açıq Səhmdar Cəmiyyəti
  18.  “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti
  19.  “KredoBank” Açıq Səhmdar Cəmiyyəti
  20.  "Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti
  21.  "Bank Silk Vey" Açıq Səhmdar Cəmiyyəti
  22.   Bank “BTB”  Acıq Səhmdar Cəmiyyəti
  23.   NIKOIL | BANK Açıq Səhmdar Cəmiyyəti
  24.  “Qafqaz İnkişaf Bankı” Açıq Səhmdar Cəmiyyəti
  25.  “NBCBank” Açıq Səhmdar Cəmiyyəti
  26.  "Amrahbank" Açıq Səhmdar Cəmiyyəti
  27.  "Ekspressbank” Açıq Səhmdar Cəmiyyəti




 
 

Valyuta kursları

19 sentyabrKursDəyişmələr
USD:0.78440
EUR:1.01340.0045
RUB:0.02040
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 19 sentyabr
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2014
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!