logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.

Рекламные статьи

 
 

DekaBank


Ad:
 
Ünvan:
Azərbaycan, AZ 1000, Bakı şəh., Xəqani küç., 14/16 
İdarə Heyətinin Sədri:
Vəliyev Niyazi Şaiq oğlu 
Lisenziyasının nömrəsi:
62 
Telefon:
(+994 12) 498 11 57 / 498 11 64 / 498 11 48 
Faks:
(+994 12) 498 11 47 
E-mail:
Veb sayt:
Xalq reytinqində bankın yeri:
 
Rəy yazın
 
Filiallar:
Bankomatlar:
Bank haqqında məlumat:

Azərbaycanda ilk özəl bank olaraq “Deka-Bank” KB ASC 1989-ci ildə təsis edilmişdir.Keçmiş sovet dönəmində kooperativ bank kimi xidmət göstərən “Deka-Bank” artıq 20 ildir ki,öz fealiyyətini uğurla davam etdirir.

Sovet İttifaqı dağıldıqdan sonra 09 dekabr 1992-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Deka-Bank”-ın(Bankın) lisenziyasını yeniləyərək kommersiya bankı kimi bütün növ bank əməliyyatlarının aparılması , fiziki və hüquqi şəxslərə çox saylı bank xidmətlərinin göstərilməsi üçün 68 saylı lisenziya vermişdir. Belə ki,hazırda Bank olaraq Respublika əhalisinə  kredit,depozit,hesablaşma-kassa ,plastik kartlarla əməliyyatlar üzrə bank xidmətləri göstərilir.

1996-cı ildən Bank Bakı Banklararası Valyuta Birjasının bank olaraq üzvüdür.

2001-ci ildən Ümumdünya  Banklararası  Maliyyə Telekommunikasiya Sisteminə (S.W.İ.F.T.-DEKBAZ22) keçməklə Deka-Bank KB dünyanın istənilən nöqtəsinə valyuta ödənişləri  və qəbul edilməsi üzrə xidmətlərini genişləndirmiş oldu.Bir önəmli məqamı da qeyd edək ki,SWİFT –sistemi ən sürətli məlumat ötürülməsi sistemi hesab edilir.Əgər bankların bir-birində müxbir hesabları varsa bir məlumat 15-20 saniyə ərzində ötürülə bilir.Ödəniş hesablar vasitəsilə aparılır.

Bank 2002-ci ildən XÖHKS sisteminə qoşulmuşdur.Mənası Xirda Ödəniş Klirinq Sistemi deməkdir.Bu sistemdən Respublika daxili 40 000 manata qədər olan məbləğlərin köçürülməsində istifadə edilir.

Bank 2003-cü ildən MİGOM pul köçürmələri sisteminin üzvüdür.MİGOM sistemi ilə Bank MDB dövlətlərindən qısa bir müddətdə(10 dəq) pul ödənişlərini (valyuta nüvü:RUR ,USD)qəbul edir və həmin ölkələrə qeyd olunan valyuta növləri üzrə   pul vəsaitlərini  edir.

2003-cü ilin mart ayından Bank Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı seçilmişdir.

2004-cü ildən Bank lokal plastik kartlarla əməliyyata başlamışdır.

2004-cü ildən təşkilati hüquqi forma dəyişilərək Məhdud Məsuliyyətli Kommersiya Bankı “Deka-Bank” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.Belə ki, “DekaBank” KB  ASC olaraq  yeni hüquqi statusla fəaliyyətə  başladı.

2005-ci ildən Bank “Western Union” Beynəlxalq Pul Köçürmələri Sisteminin üzvüdür.Bu sistem ilə  dünyanın istənilən nöqtəsinə  məsafədən asılı olmayaraq  istənilən dəqiqədə pul vəsaitlərini  köçürmək mümkündür.

2007-ci ildən “Bıstraya Poçta” Beynəlxalq Pul Köçürmələri Sisteminə qoşulmüşdur.Bankın müxtəlif növ təcili pul vəsaitlərinin köçürülməsi sistemlərinə üzv olması müştərilərimizə tariflərə görə seçim imkanı verir.Komissiya  xərci  pul göndərən şəxs tərəfindən ödənilir.

2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.”Deka-Bank” KB ASC müştərilərin yerləşdirdiyi əmanətlərin sığortalanmasını “Əmanətlərin Sığortalanması Haqqında”Qanunun şərtlərinə müvafiq həyata keçirir.

2008-ci ildən əhalidən kommunal xidmətləri üzrə ödəmələrin qəbulunu həyata keçirən “Deka-Bank” KB ASC  sosial yönümlü fəaliyyətində bank xidmətlərinin çeşidini artırmış oldu.

2008-ci ildə Bankın birinci nominasiya üzrə-akkreditivlərdən səmərəli istifadə olunmasına görə “UĞUR” mükafatına layiq görülməsi tariximizin unudulmaz səhifəsidir.

2009-cu ildən beynəlxalq mühasibat standartlarına uyğun audit keçirilir.Bankın fəaliyyətinin auditi RSM Kapital Karden beynəlxalq audit şirkəti tərəfindən həyata keçirilir.

2009-cu ildə müştərilərimizə daha bir təcili pul köçürmə xidməti sistemini :”PRİVAT MONEY”-ni gətirdik.
Bankımız Azərbaycanın, Avropanın və MDB ölkələrinin aparıcı bankları ilə geniş müxbir əlaqələrə  malikdir.Yaxın gələcəkdə müxbir hesabların sayını artırmaq,əsasən də Amerika (ABŞ) banklarında hesab açmaq nəzərdə tutulur.

“Deka-Bank”KB ASC Respublika əhalisinə  kredit,depozit,hesablaşma-kassa ,plastik kartlarla əməliyyatlar üzrə bank xidmətləri göstərir.

Bank olaraq fəaliyyətimizin əsas istiqamətlərindən biri də Respublikamızda çoxluq təşkil edən kiçik və orta sahibkarlığın kreditləşməsində iştirak etmək,regionlarda kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan əhaliyə hər növ kömək göstərmək,əhalinin istehlak kreditlərinə olan ehtiyaclarını təmin etməkdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin sahibkarlara kredit verilməsində müvəkkil bank kimi iştirak edən “Deka-Bank”KB ASC indiyə qədər sahibkarlıq fondunun hesabına 20 RAYON üzrə 220 sahibkara 8.5 milyon manat kredit vermişdir.Bank əlavə resurslar əldə etmək hesabına da əhaliyə və müxtəlif sahələrdə çalışan sahibkarlara kreditlər vermişdir.Ümumi kredit qoyuluşunun 55% faizi müəssisələrin, 45%-i isə fiziki şəxslərin payına düşmüşdür.Özəl sektora yönəldilən kreditlərin 95% ticarət və xidmət sahələrinə,5% faizi isə kənd təsərrüfatı müəssisələrinə yönəldilmişdir. Belə ki , ötən il bankın əldə etdiyi əsas gəlirin mənbəyinin 81%-i faiz gəlirlərindən və 19% isə xidmət haqlarından ibarət olmuşdur.

Bank bazarında 20 ildən artıq fəaliyyəti nəticəsində "DekaBank KB" ASC tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilərək texniki və maliyyə bünövrəsini möhkəmləndirmişdir.

Bank sabit müştəri bazasına malikdir. Bankın müştəriləri sırasında sahibkarlığın müxtəlif sektorlarında fəaliyyat göstərən, kənd təsərrüfatı, tipoqrafiya xidmətləri, qabaqcıl avtomobil şirkətlərinin distribyutorları, sənaye (tomat pastası, dondurma, yuyucu maddələr və s.) şirkətləri, səyahət, tikinti, nəqliyyat, kommunikasiya kompaniyaları, elmi-tədqiqat idarələri, BEHM zavodu və s. böyük şirkətlər var.

Bank mərkəzi ofisi Bakı şəhərində olmaqla 7 filial şəbəkəsi ilə respublikamızın müxtəlif regionlarında fəaliyyət göstərir.

 

 

 
Depozitlər:
İstehlak kreditləri:
Avtokreditlər:
Kiçik və orta biznes üçün kredit:
Geri
 
 
 

Valyuta kursları

09 avqustKursDəyişmələr
USD:1.7007-0.0001
EUR:1.9965-0.0127
RUB:0.02840.0001
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 09 avqust
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə


Fatal error: Call to a member function return_links() on null in /home/banksaz/public_html/includes/bottom.php on line 852