logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.

Рекламные статьи

 
 

Bank xəbərləri

Muğanbank 7-ci Azərbaycan Mirkomaliyyə konfransının sponsoru olmuşdur.(MuganBank)
13 oktyabr 2014

Muğanbank 9-10 oktyabr tarixlərində “Maliyyə əhatəliyini dəstəkləyən innovativ praktikalar: Təcrübələrin öyrənilməsi” mövzusunda keçirilən 7-ci Azərbaycan Mikromaliyyə konfransının sponsoru kimi çıxış etmişdir.

Konfransın açılışında Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva çıxış edərək tədbirdə iştirak edən qonaqları salamlamış, Muğanbank və digər tərəfdaş şirkətlərə minnətdarlığını bildirmişdir.

Konfransda yerli banklar və maliyyə institutları ilə yanaşı xarici investorlar da iştirak etmiş, gündəlikdə duran məsələlər müzakirə olunmuşdur.

Qeyd edək ki, “Muganbank” ASC-nin Pərakəndə Bankinq və Beynəlxalq Maliyyə İnstitutları ilə iş Departamentinin direktoru Elnur Abbasov Azərbaycan Mikromaliyyə Assosiasiyanın (AMFA) İdarə Heyətinin üzvüdür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.  “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə, www.muganbank.az saytımıza və ya https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Geri...
 

MuganBank-ın digər xəbərləri

“Muğanbank” ASC növbəti dəfə Avropa Yenidənqurma və İnkişaf Bankının mükafatı ilə təltif olundu
22 may 2015

Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2014-cü ildəki fəaliyyətinə dair hesabatına əsasən “Muğanbank” ASC ardıcıl olaraq iki ildir ki, ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in Azərbaycanda Ən Fəal Emitent Bank mükafatına layiq görülür.

 
Muğanbankın baş ofisində adsız istiqrazlar üzrə 44-cü tiraj keçiriləcəkdir
30 aprel 2015

“Muğanbank” ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, aprel ayının 30-da, saat 10:00-da adsız istiqrazlar üzrə sayca  44-cü tiraj keçiriləcəkdir. Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş “link”dən izləmək mümkündür.

 
Muğanbank ASC-nin Lənkəran şəhərində yeni filialı fəaliyyətə başladı
17 dekabr 2014

Muğanbank yeni il qabağı müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirərək Lənkəran şəhərində yeni filialını açdı.

 
Muğanbank ASC-nin Goranboy şəhərində yeni filialı fəaliyyətə başladı
04 dekabr 2014

    Muğanbank müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirərək Goranboy şəhərində yeni filialını açdı. Goranboy filialı Goranboy şəhəri, H.Əliyev pr-ti  44  ünvanında fəaliyyətə başlamışdır. Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.

 
Muğanbank ASC-nin Ucar rayonunda yeni filialı fəaliyyətə başladı
18 noyabr 2014

Muğanbank müştərilərinə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini   genişləndirərəkUcar rayonunda yeni filialını açdı. Ucar filialı Ucar rayonu, Oğuz küçəsi 44  ünvanında fəaliyyətə başlamışdır. Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edir.

 
GGF və Muğanbank Azərbaycanda enerjiyə qənaət tədbirlərini dəstəkləyir
30 oktyabr 2014
  • Muğanbanka ayrılmış 5 milyon ABŞ dolları məbləğində kredit GGF-in Azərbaycanda ikinci investisiyasıdır.
  • Hazırkı kredit Muğanbanka Azərbaycanın enerjiyə qənaət üzrə xüsusi kreditlər təklif edən ilk maliyyə təşkilatlarından biri olmağa imkan verəcəkdir.
  • Muğanbank tərəfindən verilən sub-kreditlər mikro, kiçik və orta müəsssisələrin, habelə fiziki şəxslərin enerjiyə qənaət tədbirlərinə investisiyalarını stimullaşdıracaqdır.
  • Sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində əsas enerjiyə il ərzində 8,700   MVt.saat qənaət olunacağı proqnozlaşdırılır.

 

The Green for Growth Fund, Southeast Europe (GGF)  Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə “Muğanbank” ASC- yə (Muğanbank)  5 milyon ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırmışdır.

 

Mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsində aktiv fəaliyyəti və genişlənməkdə olan regional şəbəkəsi vasitəsilə Muğanbank ölkənin enerjiyə qənaət üzrə kreditlər təklif edən ilk banklarından biri olacaqdır. GGF krediti Muğanbanka mikro, kiçik və orta müəssisələr, habelə riteyl müştərilər üçün dayanıqlı enerji maliyyələşməsini təmin etməklə kredit fəaliyyətini genişləndirməkdə kömək edəcəkdir.  Maliyyələşdiriləcək enerejiyə qənaət üzrə səciyyəvi tədbirlərə bina örtüklərinin, istilik sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli avadanlıqların quraşdırılması daxildir. Kənd təsərrüfatı rayonlarına xüsusi diqqət ayrılacaqdır. Belə ki, Muğanbank kənd təsərrüfatı sektorunda istixanaların yeniləşdirilməsi və avadanlıqların yeniləri ilə əvəz olunmasına investisiyalar üçün böyük potensial görür.

 

GGF-in hesablamalarına əsasən, sözügedən yeni kredit vəsaiti hesabına veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində il ərzində əsas enerjiyə 8,700 MVt.saat qənaət olunacağı, karbon qazı tullantılarının miqdarının isə 4,200 ton azaldılacağı  gözlənilir.

 

“Muğanbank Azərbaycanda enerjiyə qənaət sahəsində böyük potensial görür və ölkədə enerji səmərəliliyinin artırılmasını, həmçinin, karbon qazı tullantılarının azaldılmasını stimullaşdırmaqda etibarlı tərəfdaşdır. GGF-in investisiyasından əlavə, onun Texniki Yardım Xidməti Muğanbanka enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcəkdir,” deyə fondun sədri Kristofer Nouls bildirmişdir.

“GGF-dən hazırkı ilk enerjiyə qənaət kreditini cəlb etmək Muğanbank üçün sevindirici hadisədir. İnanırıq ki, bu kredit vəsaiti Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaqda gələcək əməkdaşlığımızın möhkəm əsasını qoyacaqdır.  GGF krediti bizə mikro, kiçik və orta müəssisələrə, habelə riteyl müştərilərimizə onların enerjiyə qənaət üzrə tədbirlərə investisiyalarını dəstəkləmək üçün müvafiq kreditlər təklif etmək imkanı verəcəkdir.  Biz, həmçinin, bu sahədə kredit əməliyyatlarımızı inkişaf etdirmək istiqamətində potensialımızın gücləndirilməsi üçün GGF-in texniki dəstəyinə arxalana biləcəyik. Bu isə o deməkdir ki, GGF bizim üçün həqiqətən ideal tərəfdaşdır,” deyə Muğanbankın İdarə Heyətinin sədri Elmir Həsənov bildirmişdir.  

 

THE GREEN FOR GROWTH FUND, SOUTHEAST EUROPE (GGF)  HAQQINDA

The Green for Growth Fund, Southeast Europe (GGF) Cənub-Şərqi Avropada, o cümlədən Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Kosovo*, Monteneqro, Serbiya və Türkiyədə, həmçinin, Avropa Şərq Qonşuluğu Regionunda: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada enerji səmərəliliyinin təmin olunması və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması sahəsində fəaliyyət göstərir. GGF, enerji səmərəliliyinin inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlı olan müəssisələrin və şəxsi ev təsərrüfatlarının kreditləşməsi üçün maliyyə institutlarına kredit vəsaitləri ayırır. GGF, həmçinin, kiçik və ortahəcmli bərpa olunan enerji layihələrinə birbaşa investisiya edir.  Fondun investisiya fəaliyyətinin təsirini maksimum artırmaq məqsədilə, GGF-in Texniki Yardım Xidməti yerli maliyyə institutları və partnyorlara potensialın gücləndirilməsi sahəsində dəstəyini təklif edir. GGF,  Avropa Komissiyası, Almaniya Federal  İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə KfW İnkişaf  Bankı  (KfW) və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən  2009-cu ilin dekabr ayında dövlət və özəl qurumların partnyorluğu qismində yaradılmışdır.

Fondun genişlənməkdə olan investorlar bazası Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) kimi donor agentlikləri, beynəlxalq maliyyə institutları və özəl investisiya qurumlarından ibarətdir.

Lüksemburq qanunvericiliyinə əsasən SICAV (dəyişkən kapitallı səhmdar investisiya fondu) kimi qeydiyyata alınmış GGF, Oppenheim Asset Management Services S.à r.l. (Lüksemburq) tərəfindən,  fondun konsultantı Finance in Motion GmbH (Almaniya, Frankfurt-Mayn) və texniki konsultant MACS Management & Consulting Services GmbH (Almaniya, Frankfurt-Mayn)  ilə birgə idarə olunur. Əlavə məlumatla fondun saytından tanış olmaq mümkündür: www.ggf.lu.

 

* Bu göstəriş status üzrə mövqelərə xələl gətirmir və BMT-nin Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun Müstəqillik Bəyannaməsi haqqında Rəyinə uyğundur.

 

MUĞANBANK HAQQINDA

Azərbaycanın aparıcı banklarından biri olan Muğanbank 22 ildən artıqdır uğurla fəaliyyət göstərir. Bank fiziki şəxsləri və korporativ müştəriləri innovativ bank məhsulları ilə təmin edir. Ölkə iqtisadiyyatının SME (kiçik və orta sahibkarlıq) seqmentinə xidmətdə liderlərdən biri olmaqla yanaşı Muğanbank eyni zamanda artan riteyl portfelinə malikdir.

 

Ölkə ərazisində 41 filial və 7 şöbədən ibarət geniş filial şəbəkəsindən əlavə, bankın Moskva şəhərində nümayəndəliyi də fəaliyyət göstərir.

 

Muğanbank, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), World Business Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) da daxil olmaqla bir çox beynəlxalq maliyyə qurumları  ilə əməkdaşlıq edir.

 

Son 5 ildə Muğanbank Azərbaycanda fəaliyyət göstərən banklar arasında birinci 15-likdə yer almışdır.  Standard & Poor’s reytinq agentliyi tərəfindən bankın reytinqi müsbət proqnozla ‘B-’ müəyyən olunmuşdur.

 

Əlavə məlumatla bankın saytından tanış olmaq mümkündür: www.muganbank.az.

 

 

 
 
 

Valyuta kursları

21 fevralKursDəyişmələr
USD:1.73520
EUR:1.8361-0.0064
RUB:0.03000.0003
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 21 fevral
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2017
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!
Рейтинг@Mail.ru