logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.

Рекламные статьи

 
 

Bank xəbərləri

PAŞA Bank dəstəyi ilə Quba və Lənkəran regionunda “Davamlı Müəssisənin İnkişaf proqramı” layihəsinin təqdimatı keçirilmişdir(PAŞA Bank)
21 oktyabr 2015

Ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə Lənkəran və Quba regionlarında  “Junior Achievement Azərbaycan” (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə həyata keçirdiyi “Davamlı Müəssisənin İnkişaf Proqramı” (DMİP) layihəsinin təqdimatı keçirilmişdir.

Kiçik və orta müəssisələrin yaradılmasında maraqlı olan gənclərin və tələbələrin iştirak etdiyi təqdimatda proqram barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda gənclər tərəfindən idarə ediləcək kiçik və orta müəssisələrin yaradılmasını qarşısına məqsəd qoyan DMİP sahibkarlıq və biznes təlimləri vasitəsilə gəncləri belə müəssisələrin yaradılmasına istiqamətləndirir. JAA ictimai birliyi bank və maliyyə təşkilatları ilə əməkdaşlıq edərək gənclərin idarə etdiyi müəssisələrə maliyyə xidmətlərinin göstərilməsinə yardım edir, biznes icmasını gənclərin idarə etdiyi müəssisələrin uğurları və çətinlikləri ilə tanış edərək, belə müəssisələrin inkişafı üçün əlverişli mühitin yaradılmasına kömək göstərir.

Bildirilmişdir ki, DMİP layihəsi çərçivəsində “JAA” ictimai birliyi və “PAŞA Bank” ASC proqramdan faydalanacaq gənclərə biznesin yaradılması, qeydiyyatı, inkişafı, lisenziyanın alınması, vergilərin təyin edilməsi, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlər verəcək, kredit üçün banklara müraciət edilməsində onlara yardım göstərəcəkdir.

Təqdimat çərçivəsində iştirakçılara metodiki təlimat və bukletlər paylanmış, suallar cavablandırılmışdır. Təqdimatın sonunda iştirakçıların seçim prosesi baş tutmuşdur. Seçim prosesi ərizəçilərin fərdi müəssisənin fəaliyyətinə dair təcrübəsi, biznes ideyanın yenilikçi xüsusiyyətləri və proqramı bitirdikdən sonra planlaşdırılan şəxsi fəaliyyət planına əsaslanmışdır.

Geri...
 

PAŞA Bank-ın digər xəbərləri

PAŞA Bank АМFА-nın iki mükafatı ilə təltif olunub
06 noyabr 2015

Azərbaycan Mikromaliyyə Assosiasiyası  (AMFA) ölkənin ən iri banklarından biri olan PAŞA Bankın fəaliyyətini iki xüsusi mükafatla  dəyərləndirib.  Belə ki, AMFA PAŞA Bankı təşkilatın üzv şirkətləri arasından “İlin iştirakçısı” və “Gender bərabərliyini təbliğ edən aparıcı şirkət” adına layiq görmüşdür.

 
PAŞA Bank Beynəlxalq faktorlar assosiasiyasının Azərbaycandan olan ilk üzvü seçildi
14 oktyabr 2015

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank ixrac-idxal əməliyyatları həyata keçirən şirkətlərə beynəlxalq faktorinq xidmətləri göstərəcək. Belə ki, Bank dünya üzrə 270-dən artıq şirkəti özündə birləşdirən ən böyük faktorinq assosiasiyalarından biri olan Beynəlxalq faktorlar assosiasiyasına (Factors Chain International) üzv olmuşdur. BFA-da iştirak Azərbaycanın faktorinq bazarının əsas iştirakçısı olan PAŞA Banka beynəlxalq faktorinq bazarına çıxma imkanı verir.

 
PAŞA Bankın İdarə heyətinin yeni sədri təyin olunub
29 iyun 2015

Müşahidə Şurasının qərarı ilə PAŞA Bankın İdarə Heyətinin yeni Sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə Bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov təyin olunub. Bu təyinatdan əvvəl PAŞA Banka Fərid Axundov rəhbərlik edirdi. F. Axundov öz işini bankın Müşahidə Şurasının Üzvü kimi davam edəcək.

 

 
PAŞA Bank “Azərbaycanda pərakəndə ticarət” mövzusunda biznes forum keçirdi
18 dekabr 2014

Bu gün Bakıda “Azərbaycanda pərakəndə ticarət: hazırkı  vəziyyəti  və perspektiv inkişaf istiqamətləri” mövzusunda biznes forum keçirilib. Azərbaycan Respublikasının Milli Sahibkarlar (Işəgötürənlər) Konfederasiyasının dəstəyi ilə tədbirin təşkilatçısı qismində ölkənin ən iri banklarından biri olan PAŞA Bank çıxış edib.

 
Fitch Ratings “PAŞA Bank”ın reytinqini təsdiqləmişdir
17 dekabr 2014

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "B+" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə  növbəti dəfə təsdiqləmişdir.

 
Standard & Poor's “PAŞA Bank”ın reytinqini təsdiqləmişdir
09 dekabr 2014

Beynəlxalq reytinq agentliyi Standard & Poor's Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə bir daha təsdiqləmişdir.

 
 
 

Valyuta kursları

17 martKursDəyişmələr
USD:1.7202-0.008
EUR:1.8529-0.0003
RUB:0.02980.0003
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 17 mart
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2017
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!
Рейтинг@Mail.ru