logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

TuranBank "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin mükafatına layiq görülmüşdür(TuranBank)
10 noyabr 2015

TuranBank Azərbaycan Amerika Ticarət Palatasının keçirdiyi "AMCHAM CSR 2015 Excellence Award" müsabiqəsinin “Könüllü fəaliyyət” nominasiyasında üçüncü yerin sahibi olmuşdur. Qeyd edək ki, mükafat Bankın “Azərbaycanın regionlarında qadın ekspertləri yetişdirmək və qadın sahibkarların təşviq edilməsi” layihəsi çərçivəsində ölkənin regionlarında keçirilmiş “Gələcəyini planlaşdır” təlimlərində aktiv iştirakı müqabilində təqdim olunmuşdur.

Müsabiqənin əsas məqsədi 2015-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin korporativ sosial məsuliyyət proqrammları çərçivəsində həyata keçirdikləri layihələrin ən yaxşılarının seçilməsidir. Müsabiqədə “Ətraf mühit”, “Təhsil”, "İctimaiyyətin məlumatlandırılması", “Korporativ filantropiya”, “Mədəniyyət”, “Dayanıqlılıq”, “Könüllü fəaliyyət”, “İqtisadi dəstək” və “Bölgələrin inkişafı” nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri səsvermə yolu ilə müəyyən olumuşdur. 31 şirkət müxtəlif nominasiyalar üzrə 55 layihə ilə müsabiqədə iştirak etmişdir. Müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət olan münsiflər heyəti təqdim olunan layihələri diqqətlə təhlil etmiş və nəticələr 28 oktyabr tarixində baş tutan təntənəli mükafatlandırma mərasimində elan olunmuşdur.

Qeyd edək ki, Bank "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində müntəzəm olaraq kimsəsiz uşaqlara, yaşlılara, əlillərə yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində uğurlu layihələr həyata keçirir.  

Geri...
 

TuranBank-ın digər xəbərləri

TuranBank Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi məqsədilə responsAbility Investment AG-dən 2 milyon dollar həcmində vəsait cəlb etmişdir
18 oktyabr 2015

Bank və responsAbility Investment AG arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsini (KOS) genişləndimək məqsədilə 3 il müddətinə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır. Kredit Bankın maliyyə mənbələrini diversifikasiya etməklə KOS üçün uzunmüddətli və ucuz maliyyələşmə imkanları yaradacaq.

 
TuranBank su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir!
05 iyun 2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə hər il iyun ayının 5-də Azərbaycanda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilir.

 
TuranBank Facebook istifadəçiləri üçün "TuranBank - 23 il" adlı müsabiqəyə start vermişdir
03 iyun 2015

"TuranBank - 23 il" adı altında Facebook istifadəçiləri arasında keçirilən müsabiqənin mövzusu bu il özünün 23 yaşını qeyd edən Bankın orijinal şəkildə təbrik olunmasıdır.

 
TuranBank uşaq və yeniyetmələrin beynəlxalq rəsm yaradıcılığı festivalına dəstək olmuşdur
03 iyun 2015

TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 25-30 may tarixləri aralığında keçirilən “Saf rənglər” adlı uşaq və yeniyetmələrin III beynəlxalq rəsm yaradıcılığı festivalına dəstək olmuşdur.

 
TuranBank "İlin yenilikçi bankı” seçilmişdir
29 may 2015

TuranBank Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının təsis etdiyi "İlin yenilikçi bankı” nominasiyasının qalibi seçilmişdir. Bu nominasiya üzrə mükafat adıçəkilən jurnalın “Azərbaycan 2015” xüsusi buraxılışının təqdimat mərasimində Bankın Müşahidə Şurasının sədri Fuad Musayevə təqdim olunmuşdur.

 
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim edir!
23 may 2015

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 16 may tarixli sərəncamı ilə hər il may ayının 23-ü ölkəmizdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

 
 
 

Valyuta kursları

19 yanvarKursDəyişmələr
USD:1.83110.0266
EUR:1.94830.0181
RUB:0.03080.0004
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 19 yanvar
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2017
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!
Рейтинг@Mail.ru