logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.

Рекламные статьи

 
 

Bank xəbərləri

Bank VTB (Azərbaycan)-ın aktivləri 2015-ci ilin 3-cü rübündə 378 mln manata çatıb(Bank VTB (Azərbaycan))
06 noyabr 2015

2015-ci ilin 3-cü rübündə bank VTB (Azərbaycan)-ın aktivləri 378 mln manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur. Öz növbəsində, 1 oktyabr 2015-ci il tarixinə bankın kredit portfeli 347 mln manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 24% artım deməkdir.

İlin əvvəlindən bankın resurs bazası dinamik artım nümayiş etdirir. Bunu depozit portfelinin artımı təsdiqləyir. Belə ki, 1 oktyabr 2015-ci il tarixinə depozit portfeli 2 dəfədən çox artaraq  60,7 mln manat təşkil edib. Depozit portfelinin böyük hissəsini fiziki şəxslərin vəsaitləri təşkil edir ki, bu da portfelin stabil olduğunun göstəricisi və əhalinin  banka olan etibarının sübutudur. Yaxın vaxtlarda, bank öz filial şəbəkəsini genişləndirməyə və satış məntəqələrini 17-ə çatdırmaq niyyətindədir.

3-cü rübdə bank vaxtı keçmiş kreditlərin restrukturizasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirib. Əməliyyatların böyük hissəsi dollar kreditlərinin manata restrukturizasiyasının payına düşüb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 11 mln manatdan çox azalıb.

Həyata keçirilən tədbirlərin müsbət nəticəsi olaraq, 3-cü rübdə bankın mənfəəti 8,1 mln manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ili 3-cü rübünün maliyyə göstəriciləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən verilib.

 

1 oktyabr 2015-ci il tarixinə milli standartlar görə 1-ci dərəcəli kapital 40 mln manata qədədr artıb, məcmu kapital isə 53 mln manatı keçib. 1-ci dərəcəli kapitalın və məcmu kapitalının adekvatlığı 11,01% və 15,23% təşkil edib.

 

Geri...
 

Bank VTB (Azərbaycan)-ın digər xəbərləri

Bank VTB (Azərbaycan) hesab.az ödəniş sisteminə qoşulub
07 iyul 2015

Bank VTB (Azərbaycan) hesab.az elektron ödəniş sisteminə qoşulub. Bankın müştəriləri kredit borclarını www.hesab.azportalı vasitəsi ilə onlayn-rejimdə ödəyə biləcək. Bunun üçün portalda “Banklar, foreks və lizinq” bölməsinə keçib maliyyə təşkilatları arasında “Bank VTB (Azərbaycan)”-ı seçmək və müvafiq ödənişi etmək lazımdır. Müştəri borcunu PİN-kod, kredit və ya kartın nömrəsindən istifadə edərək qaytara bilər. Hazırda hesab.az portalında yalnız manatla olan kreditləri ödəmək mümkündür.

 

 
Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması ehtimalı barədə Bank VTB (Azərbaycan)-ın şərhi:
10 dekabr 2014

Bank VTB (Azərbaycan)-ın mütəxəssislərinin fikrincə, Rusiyanın SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır. Bunu qlobal operatorun özünün bəyanatı da təsdiqləyir.

 
Bank VTB (Azərbaycan) ASC-nin “İçəri Şəhər” filialının açılışı oldu
05 sentyabr 2014

Filialın açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, həmçinin VTB Qrupunun nümayəndələri iştirak etmişlər.
Hörmətli qonaq qismində Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Vladimir Doroxin iştirak edib.

 
Yuri Yakovlev Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri təyin olundu
31 iyul 2014

Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Yeni rəhbər öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayından Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra başlamışdır.

 
Bank VTB (Azərbaycan) cari ilin birinci yarısının yekunları üzrə hesabat verdi
18 iyul 2014

Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat vermişdir: iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələmişdir. Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatmışdır.

 
Bakı şəhərində Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq
23 may 2014

Bakı şəhərinin Səbail rayonunda mayın 30-da Bank VTB (Azərbaycan) ASC-nin sayca altıncı filialının açılış mərasimi keçiriləcək. Yeni filial "Sahil" metrostansiyasının çıxışında, Bülbül prospekti 7 ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.

 
 
 

Valyuta kursları

23 iyunKursDəyişmələr
USD:1.70220
EUR:1.8999-0.0016
RUB:0.02850.0002
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 23 iyun
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2017
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!
Рейтинг@Mail.ru