logo
 
azərbaycanca azərbaycanca
русский русский
 
 
 

Əsas

 

Bankların siyahısı

AccessBank
Bank BTB
Naxçıvanbank
Azer-Turk Bank
AtaBank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

Unibank azərbaycan ipoteka fondu tərəfindən buraxilan istiqrazlar bazarinin investorlarindan biridir(Unibank)
19 iyun 2009
“Unibak” Kommersiya Bankı” ASC Azərbaycan İpoteka Fondu (AİF) tərəfindən buraxılan istiqrazlar bazarının sərmayəçilərindən biri oldu.

İyun ayının 16-da “Unibank” Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdnində fəaliyyət göstərən AİF-in ümumi məbləği 1,354 milyon manat olan 1364 istiqrazını satın aldı. Bu bazarda Bankın sərmayə portfeli, AİF istiqrazlarının Bakı Fond Birjasının hərraclarında keçirilən ilkin yerləşdirmə həcminin (15 milyon AZN) 9%-ən artığını təşkil edib. İpoteka Fondu tərəfindən təmin edilən qiymətli kağızlarının alınması “Unibank”-ın menecmenti tərəfindən izafi likvidliyin tənzimlənməsi üçün sərfəli fürsət kimi səciyyələndirilir.

Qeyd etmək lazımdır ki, Banka broker xidmətləri onun törəmə şirkəti olan “Unicapital” tərəfindən göstərilmişdir. Fond Birjasının təsisçilərindən və Azərbaycanın qiymətli kağızlar bazarının əsas iştirakçılarından biri olaraq, “Unicapital” ASC, broker qismində İpoteka Fondunun 15 min istiqrazından 4772-in alınmasını təmin etmişdir. Bu zaman şirkətin broker xidmətlərindən ölkənin daha iki iri özəl bankı faydalanmışdır. “Unicapital”-ın aparıcı mütəxəssisi Heydər İbrahimlinin sözlərinə görə, hazırda bank institutları likvidliyin tənzimlənməsi üzrə maliyyə alətlərinə böyük ehtiyac duyurlar. “Broker kimi, biz AİF-nun qiymətli kağızlarının emissiyasını alqışlayırıq və hesab edirik ki, investorların Fondun istiqrazlarına marağı artmaqda davam edəcəkdir”, - H.İbrahimli belə hesab edir. Onun fikrincə, istiqrazların ilkin yerləşdirilməsini ixtisaslaşdırılmış ipoteka fondları fəaliyyətinin qiymətli kağızların buraxılması vasitəsi ilə yenidən maliyyələşdirilməsi sahəsindəki alətlərinin Azərbaycan maliyyə bazarında tətbiqi üzrə ilk addım kimi qiymətləndirmək olar.

Xatırladaq ki, İpoteka Fondun istiqrazlarının emissiyası prospekti Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən may ayının 29-da qeydiyyata alınmışdır. Emissiyanın ümumi həcmi, 3%-lik illik faiz dərəcəsi ilə, 55 milyon AZN təşkil edir. Buraxilişin prospektinə əsasən, yerləşdirilmə AİF tərəfindən BFB-nın brokeri olan şirkətlər vasitəsilə açıq abunə yolu ilə yerləşdiriləcəkdir.

Geri...
 

Unibank-ın digər xəbərləri

Ramazan Bayramında Unibank-A Gəlmək Üçün 3 Səbəb
23 iyul 2014

Unibank  Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir və bol ruzi-bərəkət arzulayır. Bayram münasibəti ilə  Unibank öz müştəriləriə böyük sürprizlər hazırlayıb, özü də  1 deyil, 2 deyil, düz 3 möhtəşəm hədiyyə:

 
ALBALI PLUS al, 1000 AZN-dək 0% komissiyalı nağd kredit əldə et və lotereyada qazan!
15 iyul 2014

Albalı layihəsinin 2 yaşı münasibəti ilə Unibank möhtəşəm kampaniyaya başladı. İndi hər kəs Unibank-ın istənilən filialına müraciət edərək ALBALI PLUS kartı əldə etməklə, 1000 manatadək 0%  komissiyalı nağd kredit ala bilər. Üstəlik, avqustun 11-dək Unibank-dan ALBALI PLUS kartı alan müştəriləri, lotereyada pul mükafatı qazanmaq şansı gözləyir.

 
Unibank aktivləri 1 milyard $ oldu
10 iyul 2014

Unibank-ın aktivlərinin həcmi rekord həddə çatıb. Bankın malik olduğu aktivlər iyul ayının əvvəlinə 1 mlrd. ABŞ dollarını keçib. Öz maliyyə göstəricilərinə görə, son illərdə Azərbaycan bank sektorunun liderlərindən olan Unibankın fəaliyyəti, beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

 
Unibank partnyor və müştərilər üçün qapalı film seansı keçirdi
07 iyul 2014

28 Cinemanın Albalı Plus zalında Unibankın daimi partnyorları və müştəriləri üçün fransız rejissorlarının lentə aldığı “Bir Görüş” filminin qapalı seansı keçirildi.

 
Yalnız ALBALI PLUS-la möhtəşəm kampaniya
08 iyul 2014

Mövsümün ən dəbli geyimlərini yalnız ALBALI PLUS-la (ALBALI) almaq imkanınız var, üstəlik də endirim və sərfəli taksitlə. Unibank daimi partnyoru olan RGA şirkəti ilə yayın möhtəşəm kampaniyasına başladı. Bütün yay boyu Zara, Berşka, Stradivarius, Pull&Bear, Oysho, Massimo Dutti, FG4-də yalnız  ALBALI PLUS (ALBALI) kart sahiblərinə 50%-dək endirim, həmçinin 3 və 6 taksit ödəmə imkanı yaradıldı.

 
UNİBANK MÜŞTƏRİLƏRİNƏ YENƏ QAZANDIRDI
04 iyul 2014

Bankdan kredit götürürsən, amma krediti sənin əvəzinə bank özü ödəyir və hətta sənə pul mükafatı da verir. Mümkün deyil? Unibankda mümkündür. Artıq Unibank müştəriləri bu qaydadan xəbərdardırlar. Bu gün isə daha 26 müştəri Unibankın keçirdiyi lotereyanın qalibi olaraq, pul mükafatı qazanıblar.

 
 
 

Valyuta kursları

24 iyulKursDəyişmələr
USD:0.78430
EUR:1.0557-0.0003
RUB:0.02250.0001
Valyutaların tam siyahısı
 

Kalkulyator


Pul konvertasiyası üçün valyuta kalkulyatoru

Məbləğ
Valyutadan
Valyutaya
AMB kursu ilə 24 iyul
Nəticə:
Калькулятор валют
Ипотечные кредиты
Денежные переводы
Работа в банке
Fikrinizcə, günümüzdə işçinin ən doğru startegiyası

işlədiyi yerdə qalmaq
yeni, daha perspektivli iş yeri axtarmaq
ixtisas dəyişmə, yeni ixtisasa yiyələnmə
əlavə təhsil almaq
əlavə iş axtarmaq, əlavə qazanc
öz işini qurmağa çalışmaq
başqa variantlar








logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2014
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!