logo
 
Axtarış
   
Banks.az forumu -
banklara aid müzakirələr, maliyyə mövzuların mübahisələr
azərbaycanca azərbaycanca
русский русский
 
 

Əsas

 

Bankların siyahısı

Azer-Turk Bank
AGBank
European bank of reconstruction and development
Evrobank
Nikoil Bank
bankların tam siyahısı
Система Orphus
Mətndə səhv tapmısınız?
SİÇAN-la orfoqrafik səhvi olan sözü seçin və Ctrl+Enter basın.
 
 

Bank xəbərləri

DəmirBank “Bank xidmətləri” sahəsində Fəxri Diplom ilə təltif edildi (DemirBank)
06 noyabr 2009

DəmirBank "Regionların Sosial-İqtisadi İnkişafı" Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə "Pul-Kredit və Bank Xidmətlərinə görə" Fəxri Diplom ilə təltif edilmişdir.

Fəxri Diplom Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən onun təşkilatçılığı ilə keçirilən və müxtəlif təşkilatların, eləcə də bir sıra Millət Vəkillərinin iştirak etdiyi tədbirdə təqdim edilmişdir.

“DəmirBank-ın Fəxri Diplom ilə təltif edilməsi onun 20 illik uğurlu fəaliyyəti, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdə iştirakı, geniş regional filial şəbəkəsi, regionlarda bank xidmətlərinin genişləndirilməsi, regionlarda sahibkarlığın kreditləşdirilməsi, regionlarda əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi ilə bağlıdır” – deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.

DəmirBank-ın 29 filialından 16-sı regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində fəaliyyət göstərir. DəmirBank regional filial şəbəkəsinin əhatəsinə görə də ölkənin aparıcı bankları sırasındadır.

 

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 20 il əvvəl 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlamışdır. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Geri...
 
 
 

Valyuta kursları

03 sentyabrKursDəyişmələr
USD:0.80350
EUR:1.03000,0024
RUR:0.02620,0001
Valyutaların tam siyahısı
Hansı kredit məhsulu haqda məlumat sizin üçün daha maraqlıdır?

İstehlak kreditləri (mebel, texnika və s.)
Avtomobil kreditləri
İpoteka
Biznes kreditləri
Kredit kartlar







logo Layihə haqqında | Bankların reytinqi | Banklarda vakansiyalar | Forum | Saytda reklam | Əlaqə

Müəllif hüquqları qorunur. Copyright © 2008-2010
Məlumatdan istifadə etdikdə istinad mütləqdir!