Naxçıvanbank haqqında
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir. Bankın baş ofisi Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 ünvanında yerləşir.
Bank 29 avqust 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF) üzvüdür və fondun qaydalarına uyğun olaraq müştərilərin bankda yerləşdirilmiş əmanətləri sığortalanan əmanətlər hesab olunur.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 10 Oktyabr 2008-ci il tarixində Bakı Banklararası Valyuta Birjasında (BBVB) fəaliyyət göstərən Birja Elektron Ticarət Sisteminin (BEST) informasiya terminalına qoşulub.
Bank 2010-cu ildən milli ödəniş sistemi olan “AZİPS”-in və 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in üzvüdür.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2012-ci ildən “MasterCard” beynəlxalq ödəniş sisteminin və 2015-ci ildən “VİSA” beynəlxalq ödəniş sisteminin “Affiliate” üzvüdür.
Bank 2013-cü ildə "MONEX", 2017-ci ildə "UPT" və 2018-ci ildə isə "Western Union" sürətli pul köçürmə sistemlərinə qoşulub.
Bank haqqında ümumi məlumat
Lisenziya
№ 252
Rəhbərlik
Azər Telman oğlu Məmmədov
Baş ofis
Naxçıvan, C.Məmmədquluzadə küçəsi, 27
Telefonlar
Rəsmi sayt
İnternet bankinq
Rekvizitlər
Bank xidmət növləri
depozit
kredit
debet kartları
onlayn xidmət
köçürmələrin və ödənişlərin işlənməsi
kredit kartları
hesablaşma və kassa xidmətləri
кредитование
размещение средств