Bank işçilərinin sayı nə qədər artıb?
- 22 sentyabr 2021
2021-ci ilin avqust ayında bank işçilərinin sayı 175 nəfər, yanvar-avqust dövründə (8 ayda) isə 636 nəfər artıb.
banks.az xəbər verir ki, bu rəqəmlər Mərkəzi Bankın avqust ayı üçün açıqladığı hesabatda öz əksini tapıb.
Belə ki, 2021-ci ilin iyul ayında bank işçilərinin sayı 176 nəfər artmışdı.
Ötən ilin sonunda bank işçilərinin sayı 18 min 708 nəfər ikən, 2021-ci ilin avqust ayının sonunda 19 min 344 nəfər təşkil edib.
2020-ci ilin avqust ayı ilə müqayisədə bank işçilərinin sayı 855 nəfər artıb.
Onu da qeyd edək ki, 2020-ci ilin avqust ayının sonunda bank işçilərinin sayı 18 min 489 nəfər təşkil etmişdi.
- Teqlər:
- banklar