50 manatlıq pul nişanı ən mükəmməl banknot nominasiyası üzrə müsabiqədə finala çıxıb
- 11 yanvar 2022
Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.
banks.az-ın məlumatına görə, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra ölkələrin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanlarını cəlb edib.
Bundan əvvəl yeni 50 manatlıq pul nişanını ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçib.
- Teqlər:
- pul
- manat