PayPal şirkəti də kriptovalyuta buraxacaq
- 08 yanvar 2022
Dünyanın ən böyük ödəniş sistemlərindən olan “PayPal”ın öz kriptovalyutasını işə salacağı açıqlanıb.
banks.az-ın məlumatına görə, hələlik kriptovalyutanın nə vaxt buraxılacağı bəlli deyil.
Kriptovalyuta, şirkətin öz loqosu ilə buraxılacaq, adı isə “PayPal Coin” adlandırılacaq.
Mütəxəssislərin proqnozlarına görə, yeni yaradılacaq rəqəmsal valyuta ABŞ dollarına bağlı olacaq.
- Teqlər:
- kriptovalyuta
- Reyestr:
- PayPal