“Yelo Bank” pərakəndə bankçılığa keçir
- 23 aprel 2021
“Yelo Bank”ın növbəti illərdə əsas məqsədi biznesin inkişaf istiqamətini korporativ bankçılıqdan pərakəndə bankçılığa dəyişdirməkdir.
banks.az xəbər verir ki, bunu adıçəkilən Bankın idarə heyətinin sədri Anar Həsənov deyib.
O qeyd edib ki, əsas diqqət xüsusən də orta, kiçik və mikro sahibkarlığın inkişafına yönələcək. “Bank üçün daha bir prioritet istiqamət fərdi şəxslərin bank xidmətlərinə olan ehtiyaclarını ödəməkdir”, - A.Həsənov bildirib.
- Reyestr:
- Yelo Bank