Azərbaycanda banklar dirçəlir - Bank filialları artır
- 01 iyun 2021
Pandemiyanın yaratdığı bəzi problemlərdən sonra Azərbaycanın bank sektorunun infrastruktur göstəriciləri yaxşılaşmağa başlayıb.
banks.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən indiyədək Azərbaycanda 7 yeni bank filialı fəaliyyətə başlayıb.
Bununla da fəaliyyətdə olan bank filiallarının sayı 462-yə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin əvvəlində Azərbaycanda 509 bank filialı vardı. Ötən il isə 4 bankın fəaliyyətini dayandırması ilə ilin sonunda onların sayı 455-ə enmişdi. 2021-ci ildən filialların sayı yenidən artmağa başlayıb. Təkcə aprel ayında ölkədə 4 yeni filial işə düşüb.
- Teqlər:
- mərkəzi bank
- banklar
- Reyestr:
- AR Mərkəzi Bankı