Dövriyyәdәki ödәniş kartlarının sayı artıb
- 03 avqust 2022
2022-ci ilin 6 ayı üzrә ölkәdә nağdsız ödәnişlәrin hәcmi әhәmiyyәtli dәrәcәdә artıb, tәmassız texnologiyaların, elektron ticarәtin istifadәsi genişlәnib.
banks.az Mərkəzi Banka istinadla xəbər verir ki, iyulun 1-nə dövriyyәdә olan ödәniş kartlarının sayı 12.7 milyon әdәd tәşkil edib vә bu kartların 69.4 faizi tәmassız ödәnişlәri dәstәklәyib.
Ödәniş kartlarının 88 faizini (11.1 milyon әdәd) debet kartlar, 12 faizini (1.6 milyon әdәd) isә kredit kartları tәşkil edib. 2021-ci ilin analoji dövrü ilә müqayisәdә ödәniş kartlarının sayı 21 faiz, o cümlәdәn tәmassız kartların sayı 64 faiz artıb.
- Teqlər:
- kredit kartı
- debet kartı