Manat çox sabitdir, ona hər hansı təzyiqin olacağını güman etmirik
- 09 mart 2022
Bütün dünyada biz bu gün ərzaqların qiymətinin artmasının və inflyasiyanın çoxalmasının şahidi oluruq.
Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl Fineko-ya müsahibəsində bildirib.
O qeyd edib ki, bütün dünyada çalışan iqtisadçılarımız bu meylləri təhlil etməyə çalışırlar.
Dünya Bankının nümayəndəsi manatın məzənnəsinə də toxunub: "Manat çox sabitdir, neft və qaz qiymətlərinin yüksək olduğunu nəzərə alaraq onun mübadiləsinə hər hansı təzyiqin olacağını güman etmirik. Əlbəttə, biz Mərkəzi Bankla sıx əməkdaşlıq edirik, yəni hər hansı sahədə dəstəyə ehtiyac olarsa biz tövsiyə verməyə hazırıq".
- Teqlər:
- valyuta
- iqtisadiyyat
- manat
- Reyestr:
- Dünya Bankı