Yelo Bank отметил праздник с малообеспеченными гражданами
- 08 июля 2022
Dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan Qurban bayramı insanlara paylaşmağı öyrədir. Bayramın xeyirxah ənənələrini daim yaşadan Yelo Bank bu münasibətlə sosial aksiya keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bank aztəminatlı və sosial həssas qrupa aid vətəndaşlarımızla görüşüb və Qurban bayramlarını təbrik edib. Aksiyaya dəvət edilmiş hər bir kəsə Bank adından Qurban bayramı sovqatları paylanılıb.
Korporativ Sosial Məsuliyyət Yelo Bankın strategiyasının ayrılmaz hissəsidir. Bank Azərbaycan əhalisinin sosial rifahını yaxşılaşdırmaq naminə təşəbbüskar layihələrini davam etdirəcək.
Yelo Bank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, firavan həyat arzulayır.
- Реестр:
- Yelo Bank