Администратор базы данных / ABB / Баку
Общая информация о вакансии
Məlumat bazalarının işini təşkil etmək, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
Yeni məlumat bazalarını qurmaq və sazlamaq;
Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsini planlamaq və həyata keçirmək;
Məlumat bazalarını monitorinq etmək, onların fasiləsiz işini təşkil etmək və arxivləşdirmək;
Məlumat bazalarını köçürmək, ehtiyat mərkəzində qurulması işini planlamaq və təşkil etmək;
Verilənlər bazasının fiziki quruluşunu və funksional imkanlarını,verilənlər bazası təhlükəsizliyini, məlumatların ehtiyat nüsxəsini və bərpa xüsusiyyətini müəyyənləşdirərək həll yollarını tövsiyə etmək.
Oracle, PostgreSQL, MongoDB məlumat bazaları üzrə iş təcrübəsinə;
RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklərə;
Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklərə;
Linux əməliyyat sistemi üzrə biliklərə;
Sahə üzrə nəzəri biliklərə (beynəlxalq sertifikat üstünlükdür) sahib olan şəxsdir.
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
