Организатор мероприятий / ABB / Баку
Общая информация о вакансии
Tədbirləri planlaşdırmaq və həyata keçirmək;
Tədbirlərin keçirilməsi ilə bağlı məkan, avadanlıqlar, dekor, qidalanma, əyləncə, daşınma, promo materiallar və s. kimi bütün detalları təşkil etmək və idarə etmək;
Bazarı araşdırmaq, tədbir imkanlarını müəyyənləşdirmək və maraq yaratmaq;
Tədbirlərin maliyyə idarəçiliyinə nəzarət etmək;
Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün təşəbbüslər irəli sürmək;
Daxili kommunikasiya kanallarını idarə etmək;
Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
Korporativ kommunikasiya vasitəsi ilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işlərin icra edilməsini təmin etmək;
Bankdaxili kommunikasiyanın gücləndirilməsi üçün fərqli fəaliyyətləri təşkil etmək.
Yüksək ünsiyyət qabiliyyətinə və intellektə;
Rəsmi məktub, xidməti məruzə, təqdimat və hesabat hazırlamaq bacarığına;
Moderatorluq, çıxış etmək və inadırma bacarığına;
İzdihamın idarə olunması bacarığına;
Yerli və beynəlxalq tədbirlərin təşkilində iş təcrübəsinə sahibdir.
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
