Специалист по бизнес-аналитике / ABB / Баку
Biznes analitika üzrə baş mütəxəssis (Rəqəmsal innovasiyaların tətbiqi)
Общая информация о вакансии
Biznes proseslərin texniki analizini verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırmaq;
Biznes proseslər üzrə texniki sənədi (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
Texniki tapşırıq üzrə minimal test planlarını və test ssenarilərini hazıqlamaq;
Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
Dəyişiklik edilmiş biznes prosesi test mərhələsində sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim etmək;
Biznes prosesi proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırmaq və görülən işlər barədə hesabatları təqdim etmək;
Analiz zamanı report hazırlanmasının mümkünlüyünü təmin etmək və yarana biləcək potensial riskləri müəyyən etmək;
İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələləri müzakirə etmək və uyğunluğun təmin etmək.
Agile komanda ilə texniki tapşırıqların müzakirə etmək və komanda ilə görüləcək işləri texniki araşdırmaq;
Buraxılacaq Rəqəmsal məhsulun strateji yol xərtəsini çəkmək və görüləcək işlər üzrə user story-ləri hazırlamaq.
Sahə üzrə minimum 2 il təcrübəyə;
Bank məhsulları haqqında biliklərə;
CRM-sistemləri (Arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə bağlı iş təcrübəsinə;
Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;
Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
(Arzuolunandır)
Web servis üzrə biliklərə, Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığına, Sorğulama formatları (JSON / XML) barədə anlayışa;
Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
