Эксперт по трансформации и внутреннему контролю / Azerconnect / Баку
Общая информация о вакансии
Aşağıdakılar üzrə Rəhbərliyə dəstək göstərməklə daxili nəzarət çərçivəsinin işlənib hazırlanmasında, effektiv daxili nəzarət sisteminin qurulmasında və daxili nəzarət çərçivəsinə uyğun olaraq davam etdirilməsində Rəhbərliyə kömək etmək:
Əlverişli nəzarət mühitinin yaradılması
Təşkilati risklərin qiymətləndirilməsinin aparılması
Nəzarət fəaliyyətlərinin, uyğunluğun idarə edilməsi proqramının layihələndirilməsi və həyata keçirilməsi
Cari biznes proseslərinin effektivliyi və səmərəliliyi, əsas nəzarət fəaliyyətləri üzrə dövri monitorinqlər və qiymətləndirmələr aparmaq
Boşluqların təhlilini aparmaq, təkmilləşdirmələr, lazımi sənədlər və kommunikasiyalar üzrə tövsiyələr vermək
Davamlı iş prosesi və daxili nəzarətin təkmilləşdirilməsi üzrə təşəbbüsləri asanlaşdırmaq, təşəbbüsləri rəhbərliyə çatdırmaq, “biznes tələbləri” sənədinin hazırlanmasında biznes bölmələrinə kömək etmək
Qrupun transformasiya layihələrini, tədqiqatını və ən yaxşı təcrübəni müqayisə etmək, innovativ yanaşmaları müəyyən etmək, layihə ərzində effektiv maraqlı tərəflər arasında əlaqə və uyğunlaşmanı təmin etmək, dəyişikliklər və ən yaxşı nəticələrə nail olmaq vasitəsilə layihə qruplarına dəstək olmaq, əməliyyat mükəmməlliyinə nail olmaq üçün töhfə vermək
Rəhbərliyin tələbi əsasında kənar auditorlar tərəfindən təqdim olunan MLP hesabatlarının monitorinqini aparmaq (lazım olduqda)
Şirkətin FSCP (maliyyə hesabatlarının bağlanması proseduru) yerində olduğundan və adekvat şəkildə tərtib olunduğundan və həyata keçirildiyindən əmin olmaq
Əsas daxili və xarici zəmanət təminatçıları ilə əlaqələndirmək
Beynəlxalq ixtisasa üstünlük verilir (minimum ACCA, CIA imtahanlarından keçmək)
Proseslərin optimallaşdırılması, Transformasiya layihələri, Daxili nəzarət və müvafiq sahələrdə bilik və bacarıqlar
Telekommunikasiya sahəsindən anlayışlı olmaq (üstünlükdür)
Yüksək analitik və təşkilatçılıq bacarığı
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Güclü Powerpoint və digər vizuallaşdırma/təqdimat alətləri üzrə biliklər
Vaxtın idarə edilməsi bacarıqları
Liderlik və asanlaşdırıcı bacarıqlar
Proseslərin optimallaşdırılması, Transformasiya, Daxili nəzarət və müvafiq Məsləhət sahələrində ən azı 4 il təcrübə
“MS Office”-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Project və MS Excel və MS Visio və MS Power Point)
Şəxslərarası ünsiyyət bacarıqları
İşə məsuliyyətli yanaşma
Tapşırıqları təhlil etmək və öncəlik tanımağı bilmək
