Старший специалист по финансовым услугам / AzerTelecom / Баку
Общая информация о вакансии
ƏDV hesabatının tərtib edilməsi üçün ƏDV QH-ı hesablamaq;
Ödəmə mənbəyində vergi bəyannaməsinin hazırlanıb təqdim olunması üçün ÖMV-ni hesablamaq;
Xarici və daxili təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün mühasibatlıq proqramında yaradılmış hesab fakturalarda vergiləndirmənin düzgün tətbiq edilib-edilməməsinə nəzarət etmək;
ERP platformasında müvafiq müxabirləşmələri vermək;
Şəxsi vərəqənin mühasibat proqramındakı hesablar ilə uyğunluğununu izləmək (ƏDV, ÖMV, Mənfəət vergisi, Əmlak vergisi vs.);
Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
Vergi hesabatlarını hazırlamaq və göndərmək;
Statistika, məşğulluq və s. hesabatları hazırlamaq və göndərmək;
Vergi, statistika və s. məktubları cavablandırmaq;
Aylıq, rüblük və illik statistika hesabatlarını hazırlamaq;
Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
AR Vergi Qanunvericiliyi və digər qanunvericilik aktlarını, vergitutma və vergi nəzarəti məsələləri ilə bağlı müddəaları bilmək;
Mühasibatlığı yaxşı bilmək;
Analitik düşünmə qabiliyyəti;
Detallara diqqət yetirmə qabiliyyəti;
Komandada işləmək bacarığı;
Güclü ünsiyyət bacarığı;
Nəticə yönümlü;
Sənədləşmə və yazışma işlərini bacarmalı;
Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
