Специалист по управлению рисками / Pasha Bank / Баку
“PAŞA Bank” ASC olaraq “Product Risk Specialist” (Məhsul Riskləri üzrə Mütəxəssis) kimi Sizi komandamıza dəvət edirik.
Общая информация о вакансии
Modelin performasının təhlili və onunla bağlı müvafiq anlayışların olması;
Qeyri-işlək kreditlərin izlənilməsi, təhlili və inkişaf etdiriləcək məqamların müəyyənləşdirilməsi;Portfelin müxtəlif istiqamətlərdə əsas göstəricilərinin (müştəri seqmenti, sənaye növü, tələb, təklif, və.s) təhlil edilməsi və nəticələrin təqdim olunması;
Məhsul ilə bağlı risklərin idarə edilməsi üzrə ümumi prosesin həyata keçirilməsi, mütəmadi olaraq qayda və təlimatların yenilənməsi;
Əməliyyat və vaxt itkilərinə yol verməmək üçün proseslərin təkminləşməsi və sadələşməsinə nəzarət;
Əməliyyatların avtomatlaşdırılma və standartlaşdırılması üzrə təkliflərin verilməsi;
Modelin ƏFG-nın izlənməsi və yenilənmə/kalibrasiya üzrə təşəbbüskarlığın göstərilməsi;
Modelin strukturu və idarəsinin effektiv olmasının təminatı;
Məhsul üzrə dəyişiklik tələb edən meyarların müəyyənləşdirilməsi və təkminləşdirilmiş ideyaların həyata keçirilməsi;
İdarə edilə bilən risklər əsasında biznesin davamlılığı üzrə planların hazırlanması;
Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək və bununla bağlı məsələlərin həll edilməsi;
Bankın təsdiq etdiyi kredit siyasəti, müvafiq proseduralar, IFRS və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsinin aparılması.
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə Sertifikatlar
Kompüter bilikləri: Microsoft Office
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə bağlı biliklər
Maliyyə təhlili, bankçılıq və mühasibatlıq üzrə təcrübə
Qərarvermə ilə bağlı komanda üzvlərinin bacarıqlarının inkişafı istiqamətində yol göstərilməsi
Azərbaycan, Türkiyə və Rusiya bazarları haqqında müəyyən biliklərin olması
Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
