banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Rabitəbank İş

Şirkət haqqında
Vakansiyalar

Şirkət haqqında

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Fəaliyyət göstərdiyi 27 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 24 filial və 2 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır. Rabitəbankın Missiyası Əhaliyə və bizneslərə onlara uyğun məkan və şəraitdə sürətli və səmərəli bank xidmətlərini göstərmək. Bank əməliyyatlarının həyata keçirilməsi üçün baş lisenziya Bank əməliyyatlarının aparılması üçün lisenziya - 30 iyun 1993-cü il tarixində Azərbaycan Resrublikası Milli Bankı tərəfindən verilib. Broker fəaliyyətinin həyata keçirilməsi üçün 62 saylı lisenziya - 05 fevral 2004-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə verilib. Bank Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 iyun 1993-cü il tarixində verilmiş 136 saylı qeydiyyat Şəhadətnaməsinə malikdir. "Rabitəbank"-ın üzv olduğu təşkilatlar Bakı Banklararası Valyuta Birjası Azərbaycan Banklar Assosiasiyası SWİFT - 1997-ci ildən prinsipial üzvdür Europay International (Master Card) - 1998-ci ildən prinsipial üzvdür Western Union -2002-ci ildən prinsipial üzvdür VİSA Beynəlxalq ödəmə sistemi - 2007-ci ildən prinsipial üzvdür Contact pul köçürmə sistemi - 2008-ci ildən prinsipial üzvdür Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Əmanətlərin Sığortalanması Fondu ADFİMİ - İslam İnkişaf Bankına üzv dövlətlərdə Maliyyə İnstitutlarının İnkişafı Regional Assosiasiyası Rabitəbankın Strategiyası Qısa və uzunmüddətli dövrdə rəqabətqabiliyyətli üstünlüyə malik olmaq üçün vasitələrin seçilməsi Bazarın hədəf seqmentlərinin və onlar üçün müvafiq məhsul çeşidlərinin müəyyən olunması Bankın daxili imkanlarının və biznes proseslərinin inkişaf etdirilməsi Potensial investorlar və kreditorlar üçün bankın cəlbediciliyinin təmin olunması Bankın strateji baxışı Ölkənin ən böyük banklarından biri olmaqla, bütün növ müştərilərə ənənəvi və müasir maliyyə xidmətlərini göstərən peşəkar komandaya malik olan dayanıqlı universal bank.

Baş ofis

Bakı, 28 May küç. 33 AZ 1010

Şirkət haqqında ümumi məlumat

Şirkət növü
Bank
Telefonlar
+99412 133
Rəsmi sayt
https://www.rabitabank.com
Sosial şəbəkələrdə
İş saatları
  • be-c: 09:00 - 18:00
  • ş-b: istirahət günü
İş üçün ən yaxşı yerləri tapın
İş üçün ən yaxşı yerləri tapınKeçid