Debet və kredit kartları vasitəsilə nağdsız ödənişlər artıb
- 23 iyul 2021
Xəbər verdiyimiz kimi Mərkəzi Bank bəzi göstəricilər üzrə hesabat açıqlayıb.
Fineko məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda debet və kredit kartları vasitəsilə 4,313 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 257 mln. manatı ATM-lər vasitəsilə, 1,764 mlrd. manatı POS-terminallar vasitəsilə, 2,292 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
- Teqlər:
- mərkəzi bank
- kredit kartı
- debet kartı
- Reyestr:
- AR Mərkəzi Bankı