banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb

    • Maliyyə
  • 05 iyun 2023

Azərbaycanda fəaliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır.

banks.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Maliyyə sektoru hansısa aptek və ya yanacaqdoldurma biznesi deyil, odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər.

Bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək", - deyə T.Kazımov bildirib.

Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir.

  • Teqlər:
  • mərkəzi bank
  • banklar

Oxşar xəbərlər

Maliyyə
Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
27 may 2025
Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
Maliyyə
Bankların maliyyə göstəriciləri necə dəyişib?
15 oktyabr 2024
Bankların maliyyə göstəriciləri necə dəyişib?
Maliyyə
Banklar ilk rübdə 313 milyon manat xalis mənfəət əldə ediblər
17 aprel 2024
Banklar ilk rübdə 313 milyon manat xalis mənfəət əldə ediblər
Maliyyə
"S&P Global Ratings" Agentliyi Azərbaycanın Bank sektoru barədə proqnozunu açıqladı
30 may 2023
"S&P Global Ratings" Agentliyi Azərbaycanın Bank sektoru barədə proqnozunu açıqladı
Maliyyə
Azərbaycanda bank müştərilərinin sayında 750 minlik artım qeydə alınıb
24 may 2023
Azərbaycanda bank müştərilərinin sayında 750 minlik artım qeydə alınıb
Maliyyə
Hansı banklar bayram günlərində işləyəcək?
17 mart 2023
Hansı banklar bayram günlərində işləyəcək?