banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
  • Depozitlər
  • Kreditlər
    • İstehlak kreditləri-ico-menu
      İstehlak kreditləri

      Hər kəs üçün sərfəli şərtlər

    • Təminatlı kreditlər-ico-menu
      Təminatlı kreditlər

    • Kredit köməkçisi-ico-menu
      Kredit köməkçisi

      Sərfəli kredit tapmaqda kömək edəcəyik

    • Avtomobil kreditləri-ico-menu
      Avtomobil kreditləri

      Asanlıqla avtomobil sahibi olun

    Kredit köməkçisi
    Kredit köməkçisi
    Fərdi təkliflərin pulsuz hesablanması və seçimi
    Kredit seçimi
    • İstehlak kreditləri-ico-menu
      İstehlak kreditləri

      Hər kəs üçün sərfəli şərtlər

    • Təminatlı kreditlər-ico-menu
      Təminatlı kreditlər

    • Kredit köməkçisi-ico-menu
      Kredit köməkçisi

      Sərfəli kredit tapmaqda kömək edəcəyik

    • Avtomobil kreditləri-ico-menu
      Avtomobil kreditləri

      Asanlıqla avtomobil sahibi olun

    Kredit köməkçisi
    Kredit köməkçisi
    Fərdi təkliflərin pulsuz hesablanması və seçimi
    Kredit seçimi
  • Kartlar
    • Kredit kartları-ico-menu
      Kredit kartları

    • Debet kartları-ico-menu
      Debet kartları

    • Kart köməkçisi-ico-menu
      Kart köməkçisi

      parametrlərinizə uyğun olaraq kredit və ya debet kartı seçməkdə sizə kömək edəcək

    Debet kartı necə seçmək lazımdır?
    Debet kartı necə seçmək lazımdır?
    Daha ətraflı
    • Kredit kartları-ico-menu
      Kredit kartları

    • Debet kartları-ico-menu
      Debet kartları

    • Kart köməkçisi-ico-menu
      Kart köməkçisi

      parametrlərinizə uyğun olaraq kredit və ya debet kartı seçməkdə sizə kömək edəcək

    Debet kartı necə seçmək lazımdır?
    Debet kartı necə seçmək lazımdır?
    Daha ətraflı
  • İpoteka
    • İpoteka kreditləri-ico-menu
      İpoteka kreditləri

    • İpoteka kreditləri-ico-menu
      İpoteka kreditləri

  • Sığorta
    • Səyahət sığortası-ico-menu
      Səyahət sığortası

    • KASKO-ico-menu
      KASKO

    • Daşınmaz əmlakın icbari sığortası-ico-menu
      Daşınmaz əmlakın icbari sığortası

    • İcbari Avto Sığorta-ico-menu
      İcbari Avto Sığorta

    • Səyahət sığortası-ico-menu
      Səyahət sığortası

    • KASKO-ico-menu
      KASKO

    • Daşınmaz əmlakın icbari sığortası-ico-menu
      Daşınmaz əmlakın icbari sığortası

    • İcbari Avto Sığorta-ico-menu
      İcbari Avto Sığorta

  • Biznes
    • Biznes kartları-ico-menu
      Biznes kartları

    • Biznes kreditlər-ico-menu
      Biznes kreditlər

    • Biznes üçün depozitlər-ico-menu
      Biznes üçün depozitlər

    • Biznes kartları-ico-menu
      Biznes kartları

    • Biznes kreditlər-ico-menu
      Biznes kreditlər

    • Biznes üçün depozitlər-ico-menu
      Biznes üçün depozitlər

  • Xəbərlər
  • Daha çox
    • Banklar-ico-menu
      Banklar

      • Bank Olmayan Kredit Təşkilatları-ico-menu
        Bank Olmayan Kredit Təşkilatları

      • Sığorta şirkətləri-ico-menu
        Sığorta şirkətləri

      • Şirkət kataloqu-ico-menu
        Şirkət kataloqu

        • Bank və şirkətlərin göstəriciləri
          • Bankların maliyyə göstəriciləri

        • Ünsiyyət
          • Tədbirlər

          • Rəylər

        • Xidmətlər
          • Maliyyə köməkçisi

          • Öyrən və Oyna

          • Valyuta məzənnələri

          • Mərkəzi Bankın məzənnəsi

          • Kriptovalyuta məzənnələri

          • Vakansiyalar

        • Banklar-ico-menu
          Banklar

          • Bank Olmayan Kredit Təşkilatları-ico-menu
            Bank Olmayan Kredit Təşkilatları

          • Sığorta şirkətləri-ico-menu
            Sığorta şirkətləri

          • Şirkət kataloqu-ico-menu
            Şirkət kataloqu

            • Bank və şirkətlərin göstəriciləri
              • Bankların maliyyə göstəriciləri

            • Ünsiyyət
              • Tədbirlər

              • Rəylər

            • Xidmətlər
              • Maliyyə köməkçisi

              • Öyrən və Oyna

              • Valyuta məzənnələri

              • Mərkəzi Bankın məzənnəsi

              • Kriptovalyuta məzənnələri

              • Vakansiyalar

          az
          • AzərbaycanAZ
          • русскийРУ
          • EnglishEN
          Müqayisələr
          1. Əsas səhifə

          Biznesə başlamaq üçün hüquqi məsləhətlər

            • Maliyyə
          • 27 fevral 2024
          Biznesə başlamaq üçün hüquqi məsləhətlər

          Bu yazıda biznesə başlamaq üçün qanunun ümumi tələblərindən və daha əlverişli hüquqi üsullardan bəhs edilir.

          BİRİNCİ MƏRHƏLƏ, vergi orqanında qeydiyyata alınmaq
          Siz fərdi sahibkar və ya hüquqi şəxs (məsələn MMC) kimi qeydiyyata alına bilərsiniz. Hər iki halda evdən çıxmadan asan imza və ya elektron imza ilə qeydiyyata alınmaq mümkündür. Fərdi sahibkar kimi qeydiyyat daha sadədir. Vergi orqanına müraciət edərək VÖEN (vergi ödəyicisinin unikal eyniləşdirmə nömrəsi) almalısınız. Yox əgər hüquqi şəxs kimi fəaliyyət göstərəcəksizsə onda bir MMC yaratmalısınız. Bunun üçün ASAN xidmətdə bütün şərait var. Orada sizə lazımi prosedurları izah edəcək və təsis sənədlərinin formalarını hazırlayacaqlar. Siz yalnız şirkətinizin adını, bir və ya bir-neçə təsisçisini (özünüz, yaxın adamınız və ya şərikləriniz), nizamnamə kapitalını (çox vaxt 10-20 manat kimi formal bir məbləğ olur), ünvanını (ünvan üçün kupçalı bir yeri göstərmək lazımdır), direktorunu (özünüz də ola bilərsiz) və hesab açacağınız bankı (filialı) müəyyən etməlisiz. Bütün sənədləri ASANa təqdim etdikdən 3 gün sonra şirkətin qeydiyyata alınması barədə reyestrdən çıxarışı, nizamnaməsi, VÖEN şəhadətnaməsi Sizə təqdim olunacaq. Bundan sonra seçdiyiniz banka yaxınlaşıb hesab da açmalısınız. Bir də lisenziyalaşdırılan fəaliyyətlə məşğul olacaqsızsa lisenziya almaq da şərtdir.
          Fərdi sahibkar yoxsa MMC-nin sərfəli olmasına gəldikdə isə qeyd edilməlidir ki, vergi məbləği, mümkün inzibati cərimələr və vergi hesabatlığının asanlığı baxımından fərdi sahibkar kimi başlamaq daha sərfəli olsa da, digər şəxslər qarşısındakı məsuliyyətiniz baxımından MMC sərfəlidir. Çünki fərdi sahibkar kimi siz öhdəliklərinizə görə öz şəxsi əmlakınızla məsuliyyət daşıdığınız halda, MMC kimi nizamnamə kapitalındakı payınız qədər məsuliyyət daşıyacaqsız. Yəni MMC-nin əmlakı onun öhdəliklərini ödəmədikdə borc sahibi şəxsən sizə qarşı heç bir tələb irəli sürə bilməyəcək.

          İKİNCİ MƏRHƏLƏ, fəaliyyət yeri üzrə icarə müqaviləsi bağlamaqdır
          Biznesinizi mütləq rəsmi icarə müqaviləsi bağladığınız yerdə həyata keçirin. Bu sizi həm dövlətin sanksiyalarından, həm də yer sahibinin şıltaqlıqlarından qoruyacaqdır. Müqavilə bağlayarkən icarə haqqının məbləği, ödəmə qaydası, icarənin müddəti, təmir və təmir xərci, obyektin icbari sığortası, obyektə vurulmuş zərərin tənzimlənməsi, müqaviləyə vaxtından əvvəl xitam verilməsi halları və qaydası, o cümlədən karantin və s. forsmajor vəziyyətində tərəflərin hüquq və vəzifələrinə mütləq fikir verin. Mümkündürsə ödədiyiniz icarə haqqı məbləğini müqavilədə tam göstərin. Müqavilə bağladıqdan sonra həmin yer üzrə faktiki vergi uçotuna alınmaq üçün vergi orqanına müraciət etməlisiniz

          ÜÇÜNCÜ MƏRHƏLƏ, işçilərinizi rəsmiləşdirməkdir
          Işlətdiyiniz şəxslərlə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlayın. Müəyyən xərclərə səbəb olsa da bu sizi daha böyük xərclərdən, həmçinin inzibati və cinayət məsuliyyətindən qoruyacaqdır. Unutmayın ki, işçiləri rəsmiləşdirməməyə görə siz AR İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əsasən ən pis halda iyirmi beş min manatadək məbləğdə cərimə oluna, hətta 10 nəfərdən çox şəxsi rəsmiləşdirmədiyinizə görə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərsiniz.

          DÖRDÜNCÜ MƏRHƏLƏ, işçilərinizi sığorta etdirməkdir
          Söhbət istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortadan gedir. Bu qanunun məcburi tələbidir və ən pis halda 5000 manat cərimə ilə nəticələnə bilər. Sığorta müqaviləsini bağlamaq üçün bu xidməti təklif edən istənilən sığorta şirkətinə müraciət edə bilərsiz.

          Vəkil Samir Qasımov

          • Teqlər:
          • biznes

          Oxşar xəbərlər

          Press-reliz
          Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
          14 mart 2023
          Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
          Maliyyə
          AİB: Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları barədə soruşurlar
          16 noyabr 2022
          AİB: Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları barədə soruşurlar
          Press-reliz
          Yelo Bank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu
          03 oktyabr 2022
          Yelo Bank vətəndaşlara şəxsi biznesini qurmağa dəstək oldu
          Press-reliz
          Yelo Bank tam onlayn və girovsuz qarantiya məktubları təklif edir
          22 sentyabr 2022
          Yelo Bank tam onlayn və girovsuz qarantiya məktubları təklif edir
          Press-reliz
          AccessBank-dan sahibkarlar üçün myCard Mikro
          21 sentyabr 2022
          AccessBank-dan sahibkarlar üçün myCard Mikro
          Press-reliz
          Yelo Bank-dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi
          26 avqust 2022
          Yelo Bank-dan illik cəmi 5%-lik kreditlə biznes dəstəyi

          Xəbərlər və məqalələr

          banks.az
          Sizin maliyyə supermarketiniz

          İndi banks.az maliyyə marketpleysi mobil tətbiqdə

          Google PlayApp Store
          banks.az tətbiqinin quraşdırılmasıTelefonunuzun kamerasını QR-koda yönəldin və keçidə daxil olun
          banks.az
          • Layihə haqqında
          • Reklam
          • Əlaqə
          • Affiliate program

          © 2008–2026, City Group MMC. Materiallardan istifadə edərkən banks.az saytına mütləq istinad olunmalıdır.

          banks.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.

          İstifadə qaydaları
          Gizlilik Siyasəti

          Müştəri Xidməti

          [email protected]

          Hər gün 10:00-dan 18:00-dək

          Suallarınızı cavablandıracağıq