Dünya Bankı Azərbaycanla bağlı proqnoz açıqladı
- 11 yanvar 2023
Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb.
banks.az Apa-ya xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib. Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,8% təşkil edəcək.
Bu isə Dünya Bankının 2022-ci ilin iyun proqnozu ilə müqayisədə 0,6% çoxdur.
Dünya Bankı həmçinin, 2024-cü ildə Azərbaycan iqitsadiyyatının ötən proqnoza nisbətən 0,3% çox, yəni 2,6% artacağını müəyyən edib.
- Teqlər:
- iqtisadiyyat