banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxıb

    • Maliyyə
  • 20 yanvar 2023

Asiya İnkişaf Bankı (ADB) Ərzaq təchizatı zənciri Layihəsini maliyyələşdirmək üçün Azərbaycanın milli valyutasında ifadə edilmiş ilk istiqraz emissiyası çərçivəsində 8,4 milyon manat (təxminən 4,9 milyon ABŞ dolları) cəlb edib.

banks.az bu barədə ADB-yə istinadən xəbər verir.

Məlumata görə, emissiya Azərbaycan manatında ifadə edilmiş, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb. İstiqrazların tədavül müddəti 2,5 il, gəlirliliyi isə 6%-dir. İstiqrazlar Lüksemburq Birjasında kotirovka olunur.

İstiqraz “Goldman Sachs International” tərəfindən təşkil edilib və tam olaraq “Capitulum Asset Management GmbH” tərəfindən abunə yazılışı həyata keçirilib.

İstiqraz buraxılışından əldə olunan vəsaitlə “Avrora” MMC-nin "COVID-19 böhranı zamanı əsas qida təchizat zənciri" layihəsi birbaşa maliyyələşdiriləcək.

Layihə "Avrora" MMC-yə fəaliyyətini təmin etməyə və 2,6 mindən çox əməkdaşının dolanışığını təmin etmək üçün likvidlik təmin edəcək.

Layihə həmçinin gender inklüzivliyini dəstəkləyir, buğda və süd məhsullarının istehsalı və paylanması ilə ərzaq təhlükəsizliyinə töhfə verir.

“Capitulum” şirkətinin Baş portfel meneceri Teodor Kirşner deyib ki, bu sövdələşmə gəlirlərin davamlı istifadəsi ilə Azərbaycanda yerli gəlir əldə etmək məqsədimizi həyata keçirməyə kömək edir.

  • Teqlər:
  • iqtisadiyyat
  • manat

Oxşar xəbərlər

Maliyyə
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
17 oktyabr 2024
“Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi
Maliyyə
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
15 avqust 2024
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
Maliyyə
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
23 iyul 2024
Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb
Maliyyə
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
04 may 2023
Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
Maliyyə
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
16 fevral 2023
AYİB-dən Azərbaycanla bağlı yeni proqnoz
Maliyyə
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı
13 fevral 2023
Azərbaycan ili iqtisadiyyatın kiçilməsi ilə başladı