banks.az
banks.az
  • en
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Comparisons
en
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Comparisons
  1. Main page

Neobank Turan, received an investment of 45 million TL

    • Finance
  • 19 September 2022

Türk Dövlətlərinin neobankı olmağı qarşısına məqsəd qoyan Turan investisiya öncəsi turunu təxminən 45 milyon TL dəyərlə başa vurub. Türkiyənin ilk e-pul şirkətlərindən biri olan Birləşik Ödəmənin də qatıldığı investisiya turuna Re-Pie, İhsan Elgin, Webhelp Türkiyə Baş Direktoru Metin Tarakçı, Webrazzi-nin Baş Direktor Müavini Ali Altuğ Koca, SGLOBE Yönetim Global Gelişim Hizmetleri A.Ş. və Türk bankçılıq ekosisteminin təcrübəli adları Akif Cahit Ərdoğan və Yakup Doğan da iştirak edib.

App Promo.png (601 KB)

Türk Dövlətləri arasında fiziki dünya üçün nəzərdə tutulmuş pul köçürmə prosesini rəqəmsal dünyaya təqdim etməyi hədəfləyən Turan bütün türklərin Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi Türk Dövlətlərinə pul köçürə biləcəyi bir pul köçürmə qapısı yaratmağı hədəfləyir. Həmçinin xüsusi maliyyə məhsulları və xidmətləri ilə Türk Dövlətləri üçün pul köçürmə vasitəsi yaratmaqla maliyyə savadlılığının inkişafına töhfə verməyi planlaşdırır. İlk növbədə Türk əsilli insanlara öz dillərində xidmət göstərən yeganə maliyyə tətbiqi olmağı planlayan Turan Türkiyədə başladığı bu səyahəti qısa müddət ərzində Azərbaycan və Özbəkistan kimi Türk Dövlətlərinə də çatdırmaq istəyir.

Turan Qurucusu və Baş Direktoru Özgür Bayraktar Turan-ın investisiya öncəsi turu haqqında bunları deyib: “Bu bir həqiqətdir ki, Türk əsilli insanlar Türkiyədə maliyyə məhsulları əldə etməkdə çətinlik çəkirlər və əsasən də onlar bu maliyyə ekosistemindən kənardadırlar. Bu səbəbdən də Turan-ın başlıca məqsədlərindən biri Türkiyədə yaşayan Türk əsilli insanlar üçün 360 dərəcəli maliyyə tətbiqi (Öncədən ödənişli kart, mikro kredit və s.) olmaqdır. Eyni zamanda, onlara öz dillərində, öz həyat tərzi ilə xidmət etmək niyyətində idik. Yaxın gələcəkdə Türkiyədə başlayacağımız bu səyahəti bütün Türk Dövlətlərinə çatdırmağı və Türk Dövlətləri arasında pul köçürmə proseslərini tamamilə rəqəmsallaşdırmağı hədəfləyirik”.

Maliyyə texnologiyaları şirkəti olan Turan Teknoloji Anonim Şirketinin əsası, 2022-ci ilin May ayında qoyulmuşdur, və o bütün Türk Dövlətlərində yaşayan istifadəçilərə fayda verəcək yeni nəsil maliyyə tətbiqi olmaq məqsədi ilə fəaliyyətini davam etdirir.

Turan fəaliyyətini, Birleşik Ödəmə Xidmətləri və Elektron Pul A.Ş.-dən aldığı xidmətlər nəticəsində Türkiyə Respublikası Mərkəzi Bankının yoxlaması və altında nəzarəti davam etdirir. Tura-ın hesabındakı qalıqlar Türkiyə Respublikası Mərkəzi Bankında açılmış hesablardakı 100% nağd puldan qorunur. Qanuna əsasən Turan heç vaxt bu puldan faiz qazana bilməz. Turan Türkiyədə elektron pul və ödəniş xidmətləri lisenziyası alan ilk şirkətlərdən biri olan Birleşik Ödeme Xidmətləri və Elektron Pul A.Ş.-nin infrastrukturundan istifadə edir. Ətraflı məlumat üçün https://turan.app/ internet saytına daxil ola bilərsiniz.

  • Tags:
  • mobile app

Read also

Research
The most convenient mobile banks in Azerbaijan for individuals.
17 October 2022
The most convenient mobile banks in Azerbaijan for individuals.
Finance
Mobile banking services increased by 65%
04 August 2022
Mobile banking services increased by 65%
Press Releases
Get back VAT in the mobile application of "Expressbank"!
25 July 2022
Get back VAT in the mobile application of "Expressbank"!
Press Releases
Birbank users will receive additional bonuses
17 December 2021
Birbank users will receive additional bonuses
Press Releases
Kapital Bank brings Apple Pay to Customers
02 November 2021
Kapital Bank brings Apple Pay to Customers
Press Releases
Kapital Bank has introduced a new service "Kliklə ödə"
21 October 2021
Kapital Bank has introduced a new service "Kliklə ödə"