Digital Marketing Specialist / Yelo Bank / Baku
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsində mütəxəssis” vakansiyasını elan edirik.Struktur: Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament direktoru
Information about vacancy
Məhsullar üzrə veb əsaslı mövcud layihələrin aparılması və yeni təkliflərin verilməsi;
SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyaları ilə iş;
Düzgün hədəf auditoriyalarının təyin olunması;
Google Analytics, Tag Manager, Data Studio, Yandex Metrica və digər analitik vasitələrlə iş;
Müxtəlif onlayn platformalar arasında koordinasiyanın təşkili və istifadəçi davranışı baxımından ortaq strategiyaların hazırlanması;
A/B testlərin edilməsi və nəticələrin analizi;
Lead-generation məqsədli optimizasiyaları aparılması;
Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Analitik və kreativ düşünmə bacarığı;
Fərdi və komandada işləmək bacarığı;
Planlama və strateji yanaşma bacarığı.
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Könüllü tibbi sığorta proqramına qoşulma;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
