Leading Specialist / Ziraat Bank Azerbaijan / Baku
“Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Information about vacancy
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
Baş ofis və filiallarda mühasibat uçotunun aparılması və yoxlanılması;
Hesabatların avtomatlaşdırılması üzrə proseslərin koordinasiyasının və icrasının təşkil edilməsi;
Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası.
Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
Yüksək səviyyədə məntiq və riyazi biliklər;
Analitik düşünmə qabiliyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.
