YK haqqında: Avant Park
Qapalı tipli çoxfunksiyalı "Avant Park" yaşayış kompleksi şəhərin gözəl və hündür məkanlarından biri olan Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında inşa edilir. Yaşayış kompleksində sakinlərin rahatlığını təmin etmək üçün geniş infrastruktur nəzərdə tutulub.
"Ağ divar" mənzillər bu minimal təchizatlarla təvhil verilir və qeyd olunmuş qimətlər bu qaydada təchiz olunmuş mənzillər üçündür.
"Ağ divar" meyarları üzrə təmir işlərinə aşağıdakı işlər aiddir:
Sanitar qovşaqlarda sement-qum məhlulundan 50 mm qalınlığında hamarlayıcı qatın vurulması və hamarlayıcı qata mailliyin verilməsi;
Sanitar qovşaqların döşəmələrinə iki komponentli hidroizolyasiyanın vurulması;
Döşəmə örtüyündə yerdənisitmə sisteminin qurulması;
Döşəmə örtüyünün laqalar üzərində qurulması;
Daxili divar səthlərinə alçı suvaq (birbaşa) vurulması;
Daxili divar səthlərinə astar və üzlük yaxmanın çəkilməsi;
Tavanda alçipan örtüyünün qurulması;
Tavan səthlərinə astar və üzlük yaxmanın çəkilməsi;
Santexnika işləri (material + işçilik);
Elektrik işləri (material + işçilik).
Üstünlüklərimiz:
Geniş və yaşıl həyətlər
Uşaq meydançası
Uşaq bağçası
Qapalı üzgüçülük hovuzu
Açıq havada idman meydançası
Spa və fitnes mərkəzi
Qapalı kinoteatr zalı
Kompleksdaxili velosiped zolaqları
Alış-veriş mərkəzləri
Yeraltı avtodayanacaq (1000 yerlik)
Hər girişdə 3 ədəd yüksəksürətli lift
İctimai iaşə obyektləri
Kompleks xəritədə
İpoteka
Kompleks Avant Park
- Avant Group