Korporativ kreditlər üzrə mütəxəssis / AFB Bank / Bakı
Ünvan: Gəncə, Qəbələ, Bakı şəhəri.
Vakansiya haqqında ümumi məlumat
Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Bank qanunvericiliyi bilikləri;
Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
Məsuliyyətlilik və dəqiqlik.
