Qeyri-kredit sahəsi üzrə Auditor / Bank Respublika / Bakı
Vakansiya haqqında ümumi məlumat
Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Analitik düşünmə qabiliyyəti;
Excel proqramında işləmək bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
