Kristal Abşeron MTK, Bakı, 09 sentyabr 2021
Anbar operatoru / Kristal Abşeron MTK / Bakı
Ə/h razılaşma yolu ilə
- Təcrübə proqramı
Anbar operatoru (Təcrübəçi)
Kontaktları göstərin
Vakansiya haqqında ümumi məlumat
İş rejimi
tam iş günü
Təhsil
ali
Vəzifə borcları
Anbara gələn sifarişlərin mövcüd olub olmamasının yoxlanması;
Anbara daxil olan mal və yüklərin qeydiyyata alınması və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparılması;
Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsin məlumatlandırılması;
Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edilməsi;
Anbarda olan məhsulların sayının və hesabatının rəhbərliyə təqdim edilməsi.
Tələblər
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Komandada işləmək bacarığı.
Dil bilikləri
Azərbaycan dili - Səlis
Bitmə tarixi
09 oktyabr 2021
İş ünvanı
Bakı, 2-ci mikrorayon, Hüseynbala Əliyev 32/24
Kristal Abşeron MTK
2003-cü ildən “Kristal Abşeron MTK” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal Abşeron MTK” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron MTK” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Müasir təcrübəyə və texnologiyaya yiyələnmiş şirkətimiz müştəri ehtiyyaclarını vaxtında ödəmək üçün dayanmadan çalışmaqdadır. Biz müştərilərimizin ən qısa zamanda evlərinə yerləşmələrini təmin etmək üçün dayanmadan işləyir və bizə olan etimadı doğrultmağa çalışırıq.
Həyati ehtiyyacların ən xırda məqamlarına diqqət yetirmək və daima yeniliklərə imza atmaq “Kristal Abşeron MTK”-nın əsas iş prinsipidir.
Şirkətimiz fəaliyyəti boyu öz mükəmməl komanda ruhu ilə yüzlərlə ailəyə gözəl yaşayış təqdim etmək üçün onların xəyallarındakı evləri inşa etməyə davam edir.
Missiyamız - həyata keçirdiyimiz layihələr ilə müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmaq, onların vaxtına və hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətləri yaratmaqdır.
Tamamlanmış və davam edən layihələrimiz gördüyümüz yüksək səviyyəli işin bariz nümunəsidir.
