VTB, Bakı, 17 iyun 2022
MHBS hesabatları üzrə mütəxəssis / VTB / Bakı
Ə/h razılaşma yolu ilə
Kontaktları göstərin
Vakansiya haqqında ümumi məlumat
Təhsil
ali
Vəzifə borcları
MHBS-ə uyğun olaraq rüblük, yarım illik və illik hesabatların hazırlanması;
İdarə Heyətinə, əsas məsələlərin təhlili ilə MHBS üzrə hesabatların təqdim olunması;
Bankın vaxtlı-vaxtında və keyfiyyətli hesabatlığının təmin edilməsi üçün bankda MHBS üzrə hesabatlıq proseslərinin müntəzəm qiymətləndirilməsi;
Kənar audit üçün məlumatların müntəzəm və vaxtlı-vaxtında təqdim olunması.
Tələblər
Maliyyə və idarəetmə mühasibatlığına bələd olma;
Beynəlxalq maliyyə hesabatlığının standartlarını (MHBS) bilmək;
ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
Maliyyə hesabatlığı və ya mühasibat sahəsində azı 2 illik iş təcrübəsi, Big4-də iş təcrübəsinə üstünlük verilir;
Analitik düşüncə tərzi.
Dil bilikləri
Azərbaycan dili - SəlisRus dili - Səlis
Bitmə tarixi
30 iyul 2022
İş ünvanı
Bakı, Xətai pr. 38, Messenat Holdinq, 1-ci mərtəbə, AZ 1008
VTB
Bank VTB (Azərbaycan) ASC-nin (162 saylı lisenziya) rəsmi açılışı 2009-cu il noyabrın 23-də keçirilib.
Hazırda Bank VTB (Azərbaycan) ASC-nin səhmləri aşağıdakı qaydada paylaşıb:
Bank VTB (PSC) – 99,9999 %
Fiziki şəxs – 0,0001%.
Bank VTB (Azərbaycan) beynəlxalq bank praktikasında qəbul edilmiş geniş çeşidli xidmətlər təklif edir. Bankın strateqiyasında korporativ biznesin inkişafına, xüsusən də kiçik və orta sahibkarlığın dəstəyinə böyük diqqət ayrılır. Bankın əsas məqsədi Azərbaycan biznesinə VTB qrupun fəaliyyət göstərdiyi ölkələrin bazarlarına çıxmağa kömək etmək, eləcə də Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. VTB (Azərbaycan) Rusiya ilə işgüzar əlaqələri olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bankdır. Bank, kiçik və orta biznes üçün etibarlı, sabit maliyyə qurumudur.
Bank VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun hissəsidir. VTB-nin əsas səhmdarı 60,9% paya malik Rusiya Federasiyasıdır. Bankın fəaliyyəti MDB ölkələri, eləcə də Gürcüstan, Kipr, Avstriya, Fransa, Almaniya, Çin və Hindistanı əhatə edir.
Belə unikal şəbəkə VTB (Azərbaycan) müştərilərinə bu ölkələrdə bank əməliyyatları aparmağa, xüsusilə də qısa müddət (bir neçə dəqiqə) ərzində və sərfəli tariflərlə pul köçürmələri həyata keçirməyə imkan verir. Bütün bunlar Avropa və Asiya ölkələri ilə biznes əlaqələri olan, mütəmadi şəkildə ticarət dövriyyələri həyata keçirən sahibkarlar üçün vacibdir.
Bundan başqa, bank öz fəaliyyətində korporativ sosial məsuliyyətə önəmli yer ayırır. VTB (Azərbaycan) mədəniyyət, təhsil, idman, səhiyyə sahəsində layihələri dəstəkləyir. Bununla da cəmiyyətin inkişafına öz töhfəsini verir.
