Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi / XALQ Bank / Bakı
Vakansiya haqqında ümumi məlumat
Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi, icmallaşdırılması və illik icmal büdcənin hazırlanmasında iştirak;
Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.
