banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Bankların vergi yükü azaldılacaq

    • Maliyyə
  • 15 noyabr 2021

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə təkliflərdən biri bankların vergi yükünün azaldılması ilə bağlıdır.

banks.az xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilmiş dəyişiklik layihəsinə əsasən, Vətən müharibəsində və ondan sonrakı dövrdə sosial korporativ məsuliyyətini həyata keçirmiş banklara münasibətdə güzəştlərin təqdim olunması nəzərdə tutulur.

Belə ki, dəyişikliklər paketinə əsasən, Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin kreditlər üzrə ödənilməyən borclarını silən bankların vergi yükü azaldılacaq. Bununla əlaqədar Vergi Məcəlləsində dəyişiklik layihəsində banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin ödənilməyən borcları üzrə hesablanmış faizlərin silinməsinin bankların və kredit təşkilatlarının vergitutulan gəlirlərinə aid edilməməsi, habelə həmin təşkilatlar tərəfindən bu çərçivədə silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatların gəlirdən çıxılan xərclərə aid edilməsi nəzərdə tutulur.

  • Teqlər:
  • vergilər

Oxşar xəbərlər

Maliyyə
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır
03 noyabr 2022
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır
Maliyyə
Bundan sonra bank hesabları barədə vergi orqanlarına məlumat veriləcək
18 fevral 2022
Bundan sonra bank hesabları barədə vergi orqanlarına məlumat veriləcək
Maliyyə
Yeni nəsil kassa aparatları ilə builki dövriyyə 14 milyard manata çatıb
10 dekabr 2021
Yeni nəsil kassa aparatları ilə builki dövriyyə 14 milyard manata çatıb
Maliyyə
Əmlak və torpaq vergisindən dövlət büdcəsinə bu qədər vəsait daxil olub
19 noyabr 2021
Əmlak və torpaq vergisindən dövlət büdcəsinə bu qədər vəsait daxil olub
Maliyyə
Bu məhsulların idxalı və satışı vergi güzəştləri ilə həyata keçiriləcək - Təklif
19 noyabr 2021
Bu məhsulların idxalı və satışı vergi güzəştləri ilə həyata keçiriləcək - Təklif
Maliyyə
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının həcmi açıqlanıb
15 noyabr 2021
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının həcmi açıqlanıb