banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Elman Rüstəmov: Bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq

    • Maliyyə
  • 14 fevral 2022

“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”.

banks.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.

“Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq”, - deyə E.Rüstəmov bildirib.

  • Teqlər:
  • valyuta
  • neft
  • manat

Oxşar xəbərlər

Maliyyə
Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyən ediləcək
05 iyun 2023
Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyən ediləcək
Maliyyə
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 20%-ə yaxın artırıb
18 aprel 2023
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 20%-ə yaxın artırıb
Maliyyə
Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxıb
20 yanvar 2023
Asiya İnkişaf Bankı ilk dəfə Azərbaycan manatı ilə istiqraz buraxıb
Maliyyə
ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”
20 dekabr 2022
ADB: “Azərbaycanda manatın məzənnəsinin 2026-cı ilə qədər sabit qalacağı gözlənilir”
Maliyyə
Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqı qaydası dəyişdi
05 dekabr 2022
Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqı qaydası dəyişdi
Maliyyə
Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi bu qədər artıb - Hesabat
28 noyabr 2022
Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi bu qədər artıb - Hesabat