banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 20%-ə yaxın artırıb

    • Maliyyə
  • 18 aprel 2023

Bu il aprelin 1-nə Azərbaycanın valyuta ehtiyatları 62 milyard 570,6 milyon ABŞ dolları təşkil edib.

banks.az xəbər verir ki, bunun 85,4 %-i və yaxud 53 milyard 437,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,6 %-i və yaxud 9 milyard 133 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard 541,3 milyon ABŞ dolları və yaxud 7,8 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 4 milyard 404 milyon ABŞ dolları və yaxud 9 %, AMB-nin valyuta ehtiyatlarında isə 137,3 milyon ABŞ dolları və yaxud 1,5 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 173,6 milyon ABŞ dolları və yaxud 18,1 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 996,5 milyon ABŞ dolları və yaxud 28 % artım nümayiş etdirib.

  • Teqlər:
  • valyuta

Oxşar xəbərlər

Maliyyə
Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyən ediləcək
05 iyun 2023
Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyən ediləcək
Maliyyə
Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqı qaydası dəyişdi
05 dekabr 2022
Mərkəzi Bankla banklar arasında xarici valyutanın alqı-satqı qaydası dəyişdi
Maliyyə
Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi bu qədər artıb - Hesabat
28 noyabr 2022
Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi bu qədər artıb - Hesabat
Maliyyə
Dollar bahalaşacaq - Proqnoz
18 noyabr 2022
Dollar bahalaşacaq - Proqnoz
Maliyyə
AMB-nin sədri: “Xarici valyutada kreditlərin payı tarixi minimuma düşüb”
16 noyabr 2022
AMB-nin sədri: “Xarici valyutada kreditlərin payı tarixi minimuma düşüb”
Maliyyə
Taleh Kazımov: "Valyuta bazarında sabitlik müşahidə olunur"
16 noyabr 2022
Taleh Kazımov: "Valyuta bazarında sabitlik müşahidə olunur"