banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

“Mastercard”: “Nağdsız Azərbaycan” layihəsi hesabına pandemiya dövründə hesablaşmalar asan oldu”

    • Maliyyə
  • 08 dekabr 2021

“Hazırda dünyada çip böhranı yaşanır, hətta plastik kart tədarükündə problemlər var”.

banks.az xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda “Mastercard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib.

“10-15 ilə yekunlaşmalı olan rəqəmsallaşma prosesi çox sürətlə həyatımıza dail olub. Mən insanların yeni dövrə çox sürətlə adaptasiya olduğunu və rəqəmsal infrasturkturun güclü olduğu Azərbaycan kimi ölkələrdə bu adaptasiyanın xüsusilə rahat olduğunu görürəm. “Mastercard” olaraq 2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə həyata keçirilən və “Nağdsız Azərbaycan” layihəsinə dəstək olduq. Bu layihə olmasaydı, ölkə pandemiya dövründə bu qədər rahat və sürətli hesablaşmalar həyata keçirə bilməzdi.

Bu il "Mastercard"la AMB arasında 5 illik yeni saziş imzalanıb. Bununla da nağdsız Azərbaycanı bir addım da irəliyə - "Rəqəmsal Azərbaycan"a doğru aparacağıq. Bu "Mastercard" olaraq dünyada imzaladığımız 3 oxşar anlaşmadan biridir. Bu layihə artıq 2021-ci ildə ödəniş sistemlərnə bir sıra yeniliklər gətirib və gətirməyə də davam edəcək. Əslində Azərbaycanın ödəniş sistemləri özü kimi pandemiyadan güclü bir şəkildə çıxa bilib", - deyə o, qeyd edib.

  • Reyestr:
  • Mastercard

Oxşar xəbərlər

FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
Maliyyə
Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
27 may 2025
Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib