banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycan Beynəlxalq Bankı 35 ali məktəbə dərslik hədiyyə edib

    • Press-reliz
  • 25 may 2021

Azərbaycan Beynəlxalq Bankının korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr etdirdiyi “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyi cəmiyyətdə böyük maraqla qarşılanıb.


Bank Massaçusets Texnologiyalar İnstitutunun professoru Conatan Qruberin müəllifi olduğu və hazırda dünyanın aparıcı universitetlərində istifadə edilən kitabın nüsxələrini ölkəmizdəki ali məktəblərə və aparıcı kitabxanalara hədiyyə edib.

Kitabın müvafiq sayda nüsxələri artıq 35 ali məktəbə, 2 kitabxanaya, 1 təlim mərkəzinə hədiyyə edilib. Yaxın günlərdə kitabdan başqa təhsil müəssisələrinə və kitabxanalara da bağışlanacaq. Belə bir məşhur dərsliyin ana dilimizdə nəşri Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.


Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Dövlət dilimizdə bu cür bilik resurslarının formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

  • Reyestr:
  • ABB

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər