banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Azərbaycan Beynəlxalq Bankı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlığa başladı

    • Press-reliz
  • 06 may 2021

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli imzalayıb.

Memorandu mun əsas məqsədi Bankın sahibkar müştərilərinin iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsidir. Müxtəlif aktual mövzular üzrə birgə elmi tədqiqatların, məlumat mübadiləsinin aparılması, tədbirlərin, innovativ layihələrin həyata keçirilməsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü mövcud imkanlardan birgə istifadə də sənədin məqsədlərinə daxildir.

Birgə əməkdaşlıq çərçivəsində tədris, təlim materiallarının qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Müvafiq fəaliyyət istiqamətləri üzrə təlimlər təşkil olunacaq. Bankın yaratdığı və iş adamlarının işgüzar əməkdaşlıq platforması olan Sahibkarlar Klubunun üzvləri üçün vergi sahəsində müxtəlif təlimlər elmi-praktik konfranslar, seminar, dəyirmi masa və digər tədbirlər keçiriləcək. Eləcə də tədris-metodiki vəsaitlər hazırlanacaq.

  • Reyestr:
  • ABB
  • AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Oxşar xəbərlər

Maliyyə
Niyə kredit müraciətimə imtina verildi?
14 iyun 2026
Niyə kredit müraciətimə imtina verildi?
Maliyyə
DTI nədir və niyə vacibdir?
06 may 2026
DTI nədir və niyə vacibdir?
Araşdırmalar
🧀 Pul parmezan kimi “qoxuyanda”
24 yanvar 2026
🧀 Pul parmezan kimi “qoxuyanda”
Maliyyə
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
13 yanvar 2026
Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?