banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Bank VTB (Azərbaycan) depozit üzrə faiz dərəcələrini artırdı

    • Press-reliz
  • 21 may 2021

Bank VTB (Azərbaycan) “Sərfəli” və “Universal” əmanətləri üzrə milli valyutada faiz dərəcələrini artırıb. İndi “Sərfəli” depoziti üzrə maksimal faiz dərəcəsi 8,5%, “Universal” üzrə isə 7,25% təşkil edir. Hər iki depozit üçün minimal məbləğ 100 manatdır. “Universal” əmanəti üzrə müddətin birinci hissəsində  pul vəsaitinin əlavə edilməsi də mümkündür.

“Sərfəli” və “Universal” məhsulları çərçivəsində müştərilər pul vəsaitlərini məqsədlərinə uyğun olaraq istənilən müddətə - 90 gündən 730 günədək yerləşdirə bilər. Bu, əlamətdar tarix və ya səyahət ola bilər. “Sərfəli” depoziti üzrə faizlər müddətin sonunda, “Universal” üzrə isə aylıq ödənilir.

“Bank VTB müştərilərə vəsaitlərini maksimal dərəcədə sərfəli şərtlərlə yerləşdirməyi təklif edir. Bankımızın depozit məhsullarına olan tələbat çox yüksəkdir. Milli valyutada olan əmanətlər daha çox aktualdır, çünki müştərilər üçün qazandıqları və xərclədikləri valyutada depozit açmaq daha sərfəlidir. Faiz dərəcələrinin artırılması müştərilərə gəlirlərini artırmağa, eləcə də planlarından və tələbatlarından asılı olaraq  daha rahat şərtlər seçməyə imkan verir”- deyə, Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.

Müştərilər bu təkliflərdən həm bankın filiallarında, həm distant kanallar - Facebook və WhatsApp mesencerlərdəki çat-bank Direct, internet- və mobil bank vasitəsilə yararlana bilər.

Depozit açıldıqda hesablanmış faizlərin məxarici üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti və internet- mobil banka qoşulmaq imkanı verilir. Depozit məhsullarının şərtləri barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

  • Teqlər:
  • depozit
  • Reyestr:
  • VTB

Oxşar xəbərlər

Maliyyə
Aprel ayında əhalinin əmanətləri 247,2 milyon manat artıb
23 may 2023
Aprel ayında əhalinin əmanətləri 247,2 milyon manat artıb
Maliyyə
Yanvar ayında bankların əmanət portfeli 1.8% artıb
24 fevral 2023
Yanvar ayında bankların əmanət portfeli 1.8% artıb
Araşdırmalar
Son bir ildə Azərbaycan banklarının maliyyə göstəriciləri necə dəyişib? TOP10 2021-2022
02 fevral 2023
Son bir ildə Azərbaycan banklarının maliyyə göstəriciləri necə dəyişib? TOP10 2021-2022
Maliyyə
Əhalinin banklardakı əmanətləri artıb
27 dekabr 2022
Əhalinin banklardakı əmanətləri artıb
Maliyyə
Depozit portfeli 1 mlrd. manatdan çox olan banklar
15 noyabr 2022
Depozit portfeli 1 mlrd. manatdan çox olan banklar
Maliyyə
Əhalinin banklara etibarı artıb
31 oktyabr 2022
Əhalinin banklara etibarı artıb