banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı

    • Press-reliz
  • 14 aprel 2021

Kapital Bank-ın reytinqi üzrə proqnozu “neqativ”dən “pozitiv”ə yüksəlib.

Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi “Ba3” səviyyəsində, kredit ödəmə qabiliyyəti reytinqini (BCA) “b1” səviyyəsində təsdiqləyib. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə “neqativ”dən “pozitiv”ə yüksəlib. Agentliyin hesabatında bildirilir ki, bu dəyişiklik yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

“Kapital Bank-ın BCA reytinqinin “b1” səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə “Ba3” səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2020-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 3,3% təşkil edib (2019-cu ilin sonuna – 4,6%). 2020-ci ilin sonuna 22.3% TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır”, - deyə hesabatda qeyd olunur.

Həmçinin, Moody’s-in rəyində Kapital Bank-ın kredit portfelinin bir neçə ildir ki, digər banklarla müqayisədə daha keyfiyyətli olduğu bildirilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

  • Reyestr:
  • birbank

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər