banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

"Rabitəbank"ın sədri dəyişib

    • Press-reliz
  • 03 may 2021

"Rabitəbank" ASC-nin Müşahidə Şurasının qərarına əsasən, İdarə Heyəti tərkibində dəyişiklik baş tutub. Belə ki, 3 may 2021-ci il tarixindən etibarən bankın İdarə Heyətinə sədrlik vəzifəsi daha öncə Müşahidə Şurası Sədrinin müavini olan Aydın Hüseynova tapşırılıb. Sözügedən vəzifədə çalışan Elçin Qədimov isə bundan sonra fəaliyyətini İdarə Heyəti Sədrinin birinci müavini olaraq davam etdirəcək.


1993-cü ildən bəri təsis edilmiş “Rabitəbank” hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla ölkəmizin 10 aparıcı bankların sırasına daxildir. Bankın bu il və növbəti illər üçün strateji hədəfi bazarda mövqeyini gücləndirməklə gəlirliliyini artırmaq, müştərilərə xidmət keyfiyyətini yeni səviyyəyə qaldırmaq, başda biznes prosesləri olmaqla əsas maliyyə əməliyyatlarını rəqəmsal bankçılığa keçirməkdir. Bank bu istiqamətdə prosesləri uğurla davam etdirir, yeni inkişaf strategiyasını reallaşdırır. Bu, özünü müştərilərə xidmət səviyyəsində, təklif olunan məhsul və xidmətlərdə, biznes proseslərində, komandanın peşəkar kadrlar ilə gücləndirilməsində də göstərir.


"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

  • Reyestr:
  • Rabitəbank

Oxşar xəbərlər

Maliyyə
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
01 iyul 2025
Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
FinTech
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
19 iyun 2025
1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
Maliyyə
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
02 iyun 2025
“TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
Maliyyə
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
30 may 2025
Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
Maliyyə
Ən aşağı faizlə kreditlər Bakıda verilib
29 may 2025
Ən aşağı faizlə kreditlər Bakıda verilib
Araşdırmalar
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
27 may 2025
TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər