banks.az
banks.az
  • az
    • AzərbaycanAZ
    • русскийРУ
    • EnglishEN
  • Müqayisələr
az
  • AzərbaycanAZ
  • русскийРУ
  • EnglishEN
Müqayisələr
  1. Əsas səhifə

TamKartla yeni fürsətlər!

    • Press-reliz
  • 04 mart 2021

Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə TamKart və Bankın bütün kart sahibləri üçün daha bir kampaniyaya start verib. 4-8 mart tarixlərində baş tutacaq kampaniya müddətində Bankla tərəfdaş 200-dən yuxarı alış-veriş mərkəzində Azərbaycan Beynəlxalq Bankının kartları ilə ödəniş zamanı müştərilərə yerində 70%-ə qədər endirim və eyni anda 8%-ə qədər əlavə kəşbək veriləcək. TamKartlılar isə məhsul və xidmətləri 24 aya qədər taksitlə əldə edə biləcəklər. Kampaniya və iştirakçı partnyorların siyahısı ilə buradan tanış ola bilərsiniz.

TamKartın müştərilər üçün əsas üstünlüyü ödənişlər zamanı onlara ən azı 2% kəşbək qazandırmasıdır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 40%-dək kəşbək də müştərinin kart hesabına geri qayıdır.

TamKart getdikcə genişlənən böyük partnyor şəbəkəsinə malikdir.  Bu şəbəkə müxtəlif ticarət və xidmət məkanlarını özündə birləşdirir.

Bu kartlarla nağdlaşdırma və SMS xəbərdarlıq xidmətindən istifadə üçün xidmət haqqı tələb olunmur. TamKart Platinum və Premium kartları ilə Chatbot Concierge, Fastline, Lounge Key, sığorta və digər bu kimi xidmətlərdən də faydalanmaq mümkündür. Məhsul haqqında daha ətraflı məlumatları buradan əldə etmək, kartı onlayn sifariş vermək olar. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

  • Teqlər:
  • cashback
  • kampaniya
  • Reyestr:
  • ABB

Oxşar xəbərlər

Maliyyə
Debet kartı necə seçmək lazımdır?
22 noyabr 2022
Debet kartı necə seçmək lazımdır?
Press-reliz
AccessBank-dan yeni əmanət kampaniyası!
28 sentyabr 2022
AccessBank-dan yeni əmanət kampaniyası!
Press-reliz
Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 30 avqust 2022-ci il tarixinədək uzatdı
29 iyul 2022
Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 30 avqust 2022-ci il tarixinədək uzatdı
Press-reliz
“Expressbank” la bu yay krediti indi alın, 2 ay sonra ödəyin!
08 iyun 2022
“Expressbank” la bu yay krediti indi alın, 2 ay sonra ödəyin!
Press-reliz
Rabitəbank yeni “Miles” keşbekini təqdim edir!
08 iyun 2022
Rabitəbank yeni “Miles” keşbekini təqdim edir!
Press-reliz
Birbank istifadəçiləri əlavə bonuslar qazanacaqlar
17 dekabr 2021
Birbank istifadəçiləri əlavə bonuslar qazanacaqlar