Bu ilin birinci rübündə ən çox müqavilə icbari sığorta növləri üzrə bağlanıb
- 23 iyun 2021
2021-ci ilin birinci rübündə Azərbaycanda sığortaçılar 612,923 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 25,5% azdır.
banks.az interfax-a istinadən xəbər verir ki, sığorta müqavilələrinin böyük hissəsi icbari sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 59,4%-i və ya 1 milyon 364,227 min müqavilə onların payına düşüb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 28,1% təşkil edib.
Eyni zamanda, icbari sığorta növləri üzrə ən çox müqavilə (294,634 min) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə bağlanıb.
- Teqlər:
- sığorta